Deputat məhkəmə-hüquq sistemini tənqid etdi



Deputat məhkəmə-hüquq sistemini tənqid etdi
Millət vəkili Qüdrət Həsənquliyev parlamentdə çıxışında bildirib ki, ölkədə islahatlar kompleks xarakteri daşımayacaqsa, gözlədiyimiz nəticəni ala bilməyəcəyik. Deputat xüsusilə məhkəmə-hüquq sistemində problemlərin çox olduğunu deyib. “İnsanlar əmin olmalıdır ki, onların ölkəyə qoyduğu investisiya qanunla qorunur. Amma bəzi hallarda məhkəmə qərarları qüvvəyə minir, onun möhürü qurumamış icraçılar hərəkətə keçir. Bir kasıbın, yetimin barəsində məhkəmə qətnamələri dərhal icraya yönəldildiyi halda, bir sıra hallarda məhkəmə qərarları aylarla icra olunmamış qalır”.
Deputat iclasda iştirak edən ədliyyə naziri Fikrət Məmmədova xitab edib: "Xalqı hökumətdən, prezidentdən narazı salan ən ciddi sahələrdən də biri budur. Biz qanunun aliliyini təmin edə bilməyəcəyimiz halda ölkəyə ciddi investisiya qoyuluşuna nail olunmayacaq. İllərlə insanlar məhkəmə qapılarında qalır. Məhkəmə qərarlarının seçmə üsulu ilə icra olunmasına yol vermək olmaz. Bəzi vicdansız sahibkarlar bankların pulunu ödəmirlər. Bəzi vəkillər də onlara vicdansız üsulla dəstək olurlar. Deyirlər ki, gəlin ərizə yazın şikayət edək və məhkəmələrdə uzatmaqla bu məsələnin həllini gecikdirək. Nəticədə banklar pulsuz qalır. Qanunvericilikdə məhkəmələrin bu işi ilə bağlı təkmilləşmə aparılmalıdır ”.

Deputatın sözlərinə görə, bəzən məhkəmə işləri illərlə müxtəlif instansiyaların “ötür-ötürü” nəticəsində uzanır. “Aöellyasiya məhkəməsi işi yenidən qaytarır birinci instansiyaya, halbuki işə düzgün baxılıb qiymət verilməyibsə, apellyasiya məhkəməsinin özünün qərar qəbul etmək səlahiyyəti var. Yaxud da apellyasiya məhkəməsinin qərarından verilən şikayətə əsasən, iş Ali Məhkəmədən yenidən apellyasiya instansiyaya qaytarılır. Bu isə adi işlərin illərlə uzanmasına səbəb olur” – deyən deputat bunun qarşısını almaq üçün qanunvericilkdə müvafiq dəyişiklikıər edilməsini təklif edib.

Q. Həsənquliyev "Gündəm xəbər" qəzetinin baş redaktoru ilə bağlı məhkəmə prosesini də misal kimi göstərib. O, qeyd edib ki, vergi borcu ilə bağlı məsələ Ali Məhkəmə instansiyasında olmasına və borcun ödənilməsi tədricən həyata keçirlməsinə baxmayaraq, baş redaktor barəsində cinayət işi başlanılıv və prokuror 4 il həbs cəzası istəyib.

Deputat həmçinin prezident İlham Əliyevin bu gün başlanmış Ankara səfərinə də toxunub: "Ankaradakı terrorun ardınca prezident İlham Əliyevin Türkiyəyə səfəri əsl kişiyana jestdir. Bunu alqışlamalıyıq. Həmçinin Türkiyə bəzi məqamlarda təhlükəsizliklə bağlı bizdən örnək götürməlidir”скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi