Telefona görə görün neylədilər

Telefona görə görün neylədilər
Tarix: 6-05-2016, 15:00 Oxunma Sayı: 274 dəfə oxundu. Toplam: nəfər paylaşdı.


Analoq.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, bu Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi, 19 yaşlı Yevlax rayon sakini Cəfər Məmmədlinin Nizami Rayon Polis İdarəsinə müraciətindən sonra baş verib. 20 yaşlı Cəlal Məhərrəmov və dostu 19 yaşlı Azər Mehdiyev saxlanılıb.Cəlal Məhhərrəmov - saxlanılan şəxs: "Telefonu götürdük, xeyli irəlidə mən getdim, bunlar da arxadan gəlirdi. Mağazanın qarşısından keçəndə özünə dedim ki, sənin telefonunu verməyəcəm. Dostumun belindən bıçağı götürdüm, cibimə qoydum. Özünə də səhv nömrə verdim ki, axşam görüşərik. Telefonu da bir gün saxladım, səhərisi gün 120 manata satdım". Azər Mehdiyev - saxlanılan şəxs: "100 manat borcu var idi verdi, 20 manatı da bir yerdə xərcləmişik". İstintaq zamanı məlum olub ki, Cəlal Məhərrəmov məhkumluq həyatı yaşayıb və telefon zor tətbiq etməklə ələ keçirilib.Amil Əliyev - müstəntiq: "Hazırda barələrində cinayət işi davam etdirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4, 180.2.1 maddələri ilə istintaq edilir".Gəncə polisi avtomobildən 6000 manatlıq qızıl-zinət əşyaları və 400 manat nəğd pul oğurlayanları da ələ keçirib. Ağdam rayon sakini, 38 yaşlı Ramil Paşayevin, eləcə də ailə üzvlərinə aid sənədlər, video kasetlər və evin açarları da oğurlanıb. Nadir Heydərov - müstəntiq: "Saxlanılan şəxslər Gəncə şəhəri Mərkəzi Univermağın yaxınlığı ilə hərəkət edərkən avtomobilin dayandığını görüblər. Avtomobilin yan şüşəsi açıq olduğu üçün əl çantasını götürüblər".Oğurluğu Gəncə sakinləri 37 yaşlı Razi Rzayev və 33 yaşlı Suliddin Abbasov törədib. "Qəhrəmanlar" bu cinayəti əvvəlcədən planlaşdırmadıqlarını bildirir. Suliddin Abbasov - saxlanılan şəxs: "Dörd nəfər idilər, bir ər-arvad, bir də iki nəfər cavan var idi. Maşından düşdülər, qapını bağladılar, yolun o biri tərəfinə keçdilər. Sağ tərəf qapının şüşəsi açıq qaldı. Çanta da arxada idi. Mən də əlimi atdım götürdüm, getdik". Razi Rzayev - saxlanılan şəxs: "Mən qıraqda durmuşdum. Bilmirdim, çantanı götürdü mənə verdi". Hər iki fakt ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Araşdırmalar davam edir.скачать dle 10.6фильмы бесплатно

Rəy Yazın



0 Valid XHTML 1.0 Transitional ILK-10