• 02:05 – Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad 
  • 19:01 – Bərzani və Bərzanilər (2) 
  • 16:30 – Şamaxı rayon Mərkəzi kitabxanasının əməkdaşı doğum gününü qeyd edir 
  • 14:30 – 32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il! 
  • 17:30 – Kürdəmirdə Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyinə həsr olunmuş tədbir keçirilib 
  • 15:30 – KASKO BUTİK elektron sığorta platforması ictimaiyyətə təqdim edildi 
  • 21:30 – Millət vəkili:"Özünün 60,oğlunun 40 yaşı var" 
  • 17:00 – Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən məktəblilər səfərlərini uğurla başa vurdular 

Polis İdarəsinin rəhbərliyi döyüldü

Polis İdarəsinin rəhbərliyi döyüldü Polis İdarəsinin rəhbərliyi döyüldü
Polis İdarəsinin rəhbərliyi döyüldü
Bakıda istintaq işi ilə bağlı zərərçəkmiş şəxslərlə görüşən Daxili İşlər Nazirliyinin məsul şəxsləri hücuma məruz qalıblar.

Analoq.az bildirir ki, qafqazinfo.az-ın əldə etdiyi məlumata görə, təmxinən 1 ay öncə baş verən hadisə ilə bağlı artıq cinayət işi açılıb.

Belə ki, Nərimanov rayonunda yaşayan, Bakı şəhər sakini 1961-ci il təvəllüdlü Nina İbrahimova 18-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, aprelin 15-də saat 18 radələrində Fərman və Samir adlı şəxslər onu döyərək xəsarət yetiriblər. N.İbrahimova heç bir tibb müəssisənə müraciət etməyib.

Hadisə ilə bağlı Bakı şəhər baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb. Cinayət işi üzrə istintaqı aparılan zərərçəkmiş şəxslərin təhlükəsizliyinin təmin olunması haqda qərarın icrası ilə bağlı tədbirlərin görülməsi üçün Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyi N.İbrahimovanın yaşadığı evə gəliblər.

Nərimanov RPİ-nin vəzifəli şəxsləri Nina İbrahimova, qızı Rəbiyyə və oğlu Anar tərəfindən döyülüb.

Belə ki, İdarənin İstintaq və Təhqiqat Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Fərman Fərmanovun üzünə, şöbənin baş inspektoru olan kapitan Samir Ağayevin boğazına, Post Partul Xidməti Bölüyünün kiçik serjantı Əvəz Hənifəyevin gözünün altına, 18-ci Polis Bölməsinin sahərə rəisi, mayor Əbsəlim Salıyevin üzünü və sahə inspektoru, kapitan Faiq Süleymanovun gözünə xəsarət yetiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Vəzifəli şəxslərə qarşı xuliqanlıq törətməkdə ittiham olunan Anar İbrahimov isə həbs olunub.скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV