Bizi izləməyi unutmayın

#Hüquq

3 yaşlı Səkinə həkim səhlənkarlığının qurbanı olub.

18-12-2016, 17:00 | 9882 dəfə baxılıb.

Hadisə ötən ilin yayında baş verib.

Analoq.az, hüquqi nümayəndə Samir Zeynalova istinadən bildirir ki, hadisəni ona Bakı şəhər sakini Elman Əliyev danışıb. O bildirib ki, nəvəsi, 3 yaşlı Səkinə Novruzovanı qızdırma diaqnozu ilə Ə.A.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasına aparıb. Burada həkimlər uşağı müayinə etdikdən sonra kəskin pankreatit diaqnozu qoyublar.

"2 saylı Kliniki Uşaq Xəstəxanada bizi Fərhad və Samirə adlı həkimlər qəbul etdilər. Uşağın sağ gözündə şişmə var idi, sol ayağını çəkirdi. Ultrasəs müayinəsi (USM) etdilər, analizlər verildi və uşağa kəskin pankreatit diaqnozu qoyuldu", - Elman Əliyev deyir.

"3 gün xəstəxanada qaldıqdan sonra dedilər ki, artıq sağalıb, apara bilərsiniz. Evə çatanda qızdırmasını ölçdüm, 38 idi. Uşaq 4 gün qızdırma içində yandı. Gördüm, sağalmır, yenidən həmin xəstəxanaya apardım. Bu dəfə 1 həftəlik müalicə yazıldı. Yenə USM etdilər. Həkimə dedim ki, birdən bu uşaqda başqa xəstəlik olar, gəl, tomoqrafiya edək. Həkim razı olmadı, dedi ki, sağlam uşaqdır, nə gərək var.

Bir həftədən sonra uşağı evə gətirdim. Çıxanda həkim dedi ki, 1-2 gün qızdırması olacaq, sonra o keçib gedəcək. Ancaq uşağın vəziyyəti gündən-günə ağırlaşırdı. Bir neçə gündən sonra Fərhad həkimə zəng edib vəziyyəti izah etdim. Dedi ki, gətir xəstəxanaya. Uşağı müayinə etdi, sonra dedi ki, nəvəniz sağlamdır, qızıdırma nədəndir, mən də bilmədim (!).

Həkimin bu sözündən sonra uşağı Kliniki Xəstəxanaya apardım. Pediatr Sevinc Abdullayeva müayinə etdi, biokimyəvi analizlər verdik. Orada da USM etdilər. Xəstəxanaya yazmadı, dedi, ehtiyac yoxdu, ambulator müalicə kifayət edəcək. 4 gündən sonra körpənin vəziyyəti lap ağırlaşdı. Uşaq qollarını tərpədə bilmirdi. Növbəti dəfə gətirdim xəstəxanaya. Həkim "Kolxiçin dispert" dərmanı yazmışdı, gündə iki dəfə verirdik. Bu dərmanı verəndən sonra uşaq qusmağa başladı, çox keçmədi xəstəxanada zəhərləndi. Sən demə, aşırı dozada verilən bu dərman uşaqlar üçün nəzərdə tutulmayıb. Onu da qeyd etmək lazımdır ki, bu dərmanın dozası gündəlik 0.50 mq nəzərdə tutulduğu halda, dərmanın miqdarı 7 dəfə artıq olaraq 3.5 mq həddində olub.

Analizləri verdikdən bir neçə gün sonra S.Abdullayeva bizi qəbul etdi və uşaqda FMF xəstəliyi (Ailəvi Aralıq dənizi qızdırması) olduğunu dedi. Bu xəstəlik genetikdir, həm də dövri xəstəlikdir. İş burasındadır ki, FMF xəstəliyinin diaqnozu üçün analizlər verilməlidir və onun nəticəsi də 40 gündən tez olmur. S.Abdullayeva isə bir gün ərzində bu qənaətə gəlmişdi.

Körpə sağalmırdı. Bir dəfə qızım internetdə bu xəstəlik barədə məlumat topladı. Aydın oldu ki, FMF xəstəliyinin diaqnozu üçün xəstə qan testindən keçməli, mutasiya olmalıdır. Bunu həkimə deyəndə qəzəbləndi ki, siz məndən çox bilirsiniz? Bir gün keçəndən sonra həkim dedi ki, uşaq yaxşılaşıb, evə apara bilərsiniz. Halbuki uşağın qızdırması düşməmişdi, qusma, ürəkbulanma davam edirdi.

Bir neçə gündən sonra S.Abdullayevaya zəng etdim. Uşağın səhhətində irəliləyiş olmadığını, əksinə, gündən-günə ağırlaşdığını dedim. O isə səbəbini bilmədiyini dedi. Daha sonra "Kolxiçin dispert" dərmanını uşağa vermədim. Bir gün sonra uşaqda qusma, ürəkbulanma dayandı".

3 ay xəstəxana yollarında qalan E.Əliyev çarəni ölkə xaricində görüb. 2015-ci ilin iyulunda nəvəsini Tehrana, daha sonra Moskvaya aparıb. Rusiya paytaxtının Morozovski Uşaq Kliniki Xəstəxanasında körpəyə dəqiq diaqnoz qoyulub:

"İyulun 23-də uşağı Moskvaya apardım. Analizlər yoxlandıqdan sonra məlum oldu ki, bizim həkimlərin qoyduğu bütün diaqnozlar səhv olub, uşaq onkoloji xəstəymiş. Moskvada həkimlər bir dəfə USM etməklə dəqiq diaqnoz qoydular. Halbuki Bakıda 5 dəfə USM olunmuşdu. İcazəmizlə uşağı yardılar və məlum oldu ki, xəstəlik 4-cü mərhələdədir. Artıq gec idi. Həkimlər dedi ki, şiş çox qısa müddətdə - 2 ay ərzində böyüyüb. İlkin müayinə zamanı xəstəlik aşkar olunsaydı, körpənin sağalma şansı var idi. 18 gün sonra, 2015-ci ilin avqustunda uşaq vəfat etdi".

Həkimlərin bağışlanmaz səhvi nəticəsində yeganə nəvəsini itirən E.Əliyev 2 saylı Kliniki Uşaq Xəstəxanası, Mərkəzi Klinika, Sevinc Abdullayevaya və Samirə Orucovaya qarşı "Şəxsin sağlamlığına və əmlakına ziyan vurulmuş zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Nəsimi Məhkəməsinə müraciət edib:

"Uşağın atası Samir Novruzov 2 il öncə avtomobil qəzasında dünyasını dəyişib. Ailəmin yadigarı idi, nəvəmin ölümünü onlara bağışlamayacağam. Çarəsiz qalmış Baba Elman Əliyev Nəsimi rayon məhkəməsinin iş üzrə iddasının qismən təmin edilməsindən sonra Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Qeyd edək ki, birinci instansiya məhkəməsi uşağın ölümü 500 maddi və 500 mənəvi olmaqla 1000 AZN dəyərində təzminatla dəyərləndirib. İlkin məhkəmə hazırlıq iclası gələn ilin yanvar ayının 11-də olacaq.

Analoq.azскачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#İqtisadiyyat

Səhlənkar həkimin qurbanı olan 3 yaşlı körpə

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Gündəm

Həkim-deputatın diaqnozuna Türkiyədə güldülər

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının