Prokurorluqdan xəbərdarlıq



Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, Anaxeber.az internet portalında müxtəlif vaxtlarda dərc olunmuş məqalələrdə dövlət sirri haqqında, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin müddəaları pozulub.

Həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş və dövlət orqanlarının rəsmi məlumatlarına əsaslanmayan dövlət sirri təşkil edən, yəni dövlətin hərbi, xarici-siyasi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura biləcək məlumatlar ictimailəşdirilib.

Bu haqda Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

Məlumata görə, bundan başqa, həmin məqalələrdə ibtidai araşdırma məlumatlarının qanunsuz olaraq yayılmasına da yol verilib.

"Bununla əlaqədar xəbər portalının baş redaktoru Azər Talıbov Baş Prokurorluğa dəvət edilib. Ona "Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq rəhbəri olduğu xəbər portalında dövlət orqanlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmə aparılmadan sensasiya naminə informasiyaların yayılmasına, habelə dövlət sirri təşkil edən məlumatların və ibtidai araşdırma məlumatlarının qanunsuz olaraq ictimailəşdirilməsinə son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib", - deyə məlumatda bildirilib.
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi