Bizi izləməyi unutmayın

#Hüquq / Manşet / #Maraqlı

Dələduzluqda və polisə müqavimət göstərməkdə təqsirləndirilənin cinayət işi üzrə məhkəmə prosesi başlayacaq.

17-05-2017, 14:00 | 4162 dəfə baxılıb.

Saxta sənəd düzəltməkdə, dələduzluqda və polisə müqavimət göstərməkdə təqsirləndirilən Təyminə Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi başlayacaq.

Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baxılacaq. Məhkəmə baxışı mayın 17-nə təyin edilib.

Məlumat üçün bildirək ki, Təyminə Abdullayeva iş adamı Barat Abdullayevin həyat yoldaşı olub. Sonradan ayrılan ər-arvadın arasında mülk üstündə mübahisə yaranıb.

İş adamı həyat yoldaşı tərəfindən dələduzluqla üzləşdiyini iddia edib və bu səbəbdən Təyminə Abdullayevanın barəsində cinayət işi başlanıb.

Analoq.az teleqraf.com-a istinadən bildirir ki, o, ibtidai istintaqa bildirib ki, 1990-cı ildə ailə qurduğu Barat Abdullayev dayısı oğludur, həmin nikahdan 2003-cü ildə Neman adlı övladları dünyaya gəlib: "Evli olduğumuz halda Barat 1998-ci ildə Natalya adlı bir qadınla qeyri-rəsmi yaşamağa başladı və bir qız övladları dünyaya gəldi.

Buna görə aramızda tez-tez problemlər, söz-söhbətlər olurdu. Övladımın atası olduğu üçün Barat Abdullayevi bağışladım. Ərim tez-tez işi ilə bağlı xarici ölkələrdə olub, Bakıya qayıtdıqda isə o biri ailəsinin yanında qalıb. Bu vəziyyətdən narazı qalmışam".

Təyminə Abdullayevanın sözlərinə görə, bacısı qızı Esmira və onun tanışı Nazilə adlı qadın vasitəsi ilə Səkinə İsmayılova adlı qadınla tanış olub: "Nazilə mənə dedi ki, sənə cadu ediblər. Məsləhət gördü ki, Səkinənin yanına gedim. Esmira da belə məsləhət gördü.

Nazilə məni Səkinənin Əhmədlidəki evinə apardı. Səkinə də mənə bildirdi ki, bir rus qadın sənə cadu edib. Cadunun çıxarılması üçün 20 min manat istədi. Bu pulla Gürcüstandan cadunun çıxarılması üçün müxtəlif əşyalar gətirəcəyini dedi. Bununla razılaşdım.

İki gün sonra bacım Rəna və qızı Esmira ilə Səkinənin evinə getdik, 20 min manatı ona verdim. Səkinə falıma baxıb dedi ki, mənim və oğlumun ölümünə cadu ediblər. Pulu alanda Səkinə bir bağlama verdi.

Dedi, bunu gözdən uzaq, qaranlıq bir yerdə saxlayaq. Biz də Zığ qəsəbəsində zeytunluğa basdırdıq. Həmin vaxt Səkinə dedi ki, səbirli ol, yaxında hər şey düzələcək. Təxminən 1 ay sonra Səkinə ilə telefonla danışanda ona dedim ki, ərim bəzi obyektlərini və mənzilini satmaq istəyir. Amma alınmır.

Ondan kömək istədim. Səkinə Qəmbər adlı ekstrasensin kömək edəcəyini dedi".

Təyminə Abdullayevanın sözlərinə görə, cadunun pozulması üçün 20 min manatı Səkinəyə özü verib: "Amma ekstrasens Qəmbərə özüm pul verməmişəm, Səkinədən çatdırmışam. Səkinə dedi ki, Qəmbər heç kimlə ünsiyyətdə olmur, pulu ver, işin həll olunsun.

Mən də pulu ona verdim. Səkinə söz verdi ki, bir aya hər iki iş düzələcək. Amma üç ay keçdi, amma iş düzəlmədi. Bundan sonra pulumu geri istədim. Səkinədən səs çıxmadı".


Təyminə Abdullayeva əri Barat Abdullayevlə birgə yaşadığı mənzili qanunsuz ələ keçirməkdə də təqsirləndirilir. O, gözəllik salonu almaq üçün evi ərindən xəbərsiz girov qoyması və pul götürməsi məsələsini belə izah edib: "Mən Səkinənin tanışı olan Eminə ailəli olduğumu, ancaq evin öz adıma olmadığını dedim.

Ərimdən xəbərsiz evi girov qoymağın mümkün olmadığını söylədim. Emin bu işi həll etməyə söz verdi. Şərt kimi bildirdi ki, bank xərcləri olacaq.

Həmin vaxt şəxsiyyət vəsiqəsini itirdiyim üçün ASAN xidmətə müraciət edərək yeni şəxsiyyət vəsiqəsi aldım. ASAN Xidmətdən şəxsiyyət vəsiqəsi alarkən nə nikah haqqında, nə də boşanmaq haqqında sənəd təqdim etdim. Evli və ya subay olduğumu demədim".

Təqsirləndirilən şəxsin sözlərinə görə, şəxsiyyət vəsiqəsi aldıqdan sonra Eminlə əlaqə saxlayıb və "Dəmirçi plaza"da yerləşən "Faktor Lizinq" şirkətinin ofisinə dəvət edib: "Kreditlə bağlı danışdıq. Mənə 110 min manat lazım olduğunu dedim. Emin isə bildirdi ki, 130 min yazdıraq, 20 min də bank xidmətləri tutulacaq.

Mənə 100 min lazım idi, Səkinə demişdi ki, 10 min artıq götürüm. Həmin pulu Xəyyama verəcəkdi. Və sonra mənim pulumu qaytaranda geri ödəyəcəkdi. Bu məbləği verərkən lizinq şirkəti bir öhdəçi istədi. Mən də Səkinə ilə əlaqə saxladım.

Xəyyam, Səkinə və Eminlə birlikdə 9 saylı notariat kontoruna getdik. Orada Səkinə də, mən də sənədləri imzaladıq. Mən sənədləri oxumadan imzaladım.

Daha sonra lizinq şirkətinin ofisinə qayıtdıq. Mən 110 mini aldım. Yolda pulun 60 minini Səkinəyə verdim, 35 min isə lombarda ödədim. Bu söhbətlərdən 2 aya yaxın vaxt keçdi. Amma Səkinə salonu mənim adıma keçirmədi. Hər dəfə müxtəlif bəhanə gətirərək məni aldatdı. Səkinə lizinq şirkətinə də pul ödəmirdi.

Mənə zəng edib dedilər ki, öhdəçiliyi öz üzərimə götürüm. Əgər pulu ödəməsəm, ev əlimdən çıxa bilər. Mən də 6 min ödədim. Həmin pulu da bacımdan aldım. Öhdəçiliyi öz üzərimə götürəndən sonra Səkinədən borc müqaviləsi bağlamağımızı istədim.

Əvvəlcə razılaşdı, sonra telefonları söndürüb yoxa çıxdı. Bu barədə ərimə və qaynıma dedim. Onların məsləhəti ilə polisə müraciət etdim".

Daha sonra Təyminə Abdullayeva ifadəsində bildirib ki, evdən çıxarkən 3 mülki geyimli şəxs ona yaxınlaşıb: "Məni zorla maşına mindirmək istədilər. Onların polis olduğunu bilmədim. Həmin vaxt huşumu itirib yıxıldım.

Onlara müqavimət göstərmədim. Ayılanda isə oğlum və dostlarının həmin şəxslərə mübahisə etdiyini gördüm".
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Hüquq / Manşet / #Siyasət

Nazir müavini həbs olundu

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

Icra başçısı həbs olundu

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının