• 23:56 – İraqın şimalında vəziyyət ağırlaşacaq 
  • 19:15 – Şəmsəddin Hacıyev məsuliyyətə cəlb oluna bilər 
  • 16:30 – Xoşqədəm Hidayətqızı tamaşaçıları aldadıb 
  • 15:00 – Tanınmış jurnalist Azərişıq ASC-nin sədrinə müraciət ünvanladı 
  • 14:00 – İsraillə diplomatik əlaqələr qurmalıdır-Qərar verildi 
  • 13:00 – Türkmən şeirinin ən parlaq nümunələri doğma dilimizdə 
  • 12:00 – Şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə gedir 
  • 11:00 – Türkiyədə təyyarə qəzası oldu 

Pul ödəyib mənzillərini ala bilməyən sakinlər və onları borclu çıxardan şirkət rəhbərləri-Araşdırma

  • Tarix: 04.06.2017, 16:00,
  • Bölmə: Hüquq / Ölkə 2
  • Baxılıb: 5276
Pul ödəyib mənzillərini ala bilməyən sakinlər və onları borclu çıxardan şirkət rəhbərləri-Araşdırma Pul ödəyib mənzillərini ala bilməyən sakinlər və onları borclu çıxardan şirkət rəhbərləri-Araşdırma
Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllənin Dilarə Əliyeva küçəsinə çıxan ərazidə inşa olunan binadan ev almaq istəyən vətəndaşlar 180 - 250 min manat arasında ödəniş edib. Binanın inşasına 2007-ci ildə başlanılıb və 2012-ci ildə tikinti yekunlaşıb. Ancaq tikinti yekunlaşsa da, mənzillər öz sahiblərinə təhvil verilməyib.

Şikayətçilər “Qafqazinfo”ya bildiriblər ki, "İdeal-İ İnşaat" MTK 60 mənzili 90 nəfərə satıb. Bu səbəbdən də 5 ildən çoxdur ki, mənzil sahiblərinə açarları təhvil vermək istəmir.

Mənzil sahibi Qvami Abbasov pulu birbaşa şirkət rəhbərliyinə ödədiyini söyləyir: “Şirkətin təsisçisi İsa Məmmədov və direktoru isə yaxın qohumu Çingiz Məmmədovdur. Son 2 ayda, ümumiyyətlə, biz bu insanlarla görüşə bilmirik. 60 mənzil 90 nəfərə satılıb.

Şirkətdən mənzil sahiblərinin siyahısını tələb edirik, məhz bu səbəbdən verilmir. 2005-ci ilin mart ayında "Alyans Z" MTK ilə "İdeal V" tikinti şirkəti arasında müştərək fəaliyyətə dair müqavilə imzalanıb. Lakin sonradan "Alyans Z" MTK ilə "İdeal V" şirkəti arasında mübahisə yaranıb”.

“Qafqazinfo” şikayət əsasında "İdeal-İ İnşaat" MTK ofisində olub. Bildiriblər ki, onların "İdeal V" şirkəti ilə hər hansı bir əlaqəsi yoxdur.

скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV