Bizi izləməyi unutmayın

#Hüquq

Hüquq nəzəriyyəsi.

24-07-2018, 14:07 | 6972 dəfə baxılıb.


Vətəndaşın hər bir məhkəmə instansiyasına məhdudiyyətsiz müraciəti Konstitusiya hüququdur!

Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin öz hüquq və azadlıqlarını məhkəmələrdə müdafiə etməsinə zəmanət verir.
Konstitusiyanın 60-cı maddəsinə əsasən:
Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

II. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən yaxud hərəkətsizliyindən məhkəməyə şikayət edə bilər.

Konstitusiya Məhkəməsi ali Konstitusiya nəzarəti orqanıdır və növbəti məhkəmə instansiyası hesab edilmir. Buna baxmayaraq Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin V hissəsi və “Konstitusiya Məhkəməsi haqqında” Qanununun 34-cü və 35-ci maddələrinə müvafiq olaraq Konstitusiya Məhkəməsinə fərdi şikayətlər verilə bilər. Konstitusiya Məhkəməsinə fərdi şikayətlər şəxsin hüquq və azadlıqları qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktları, bələdiyyə və məhkəmə aktları ilə pozulduqda verməyə haqlıdırlar.

Azərbaycan Respublikası 25 yanvar 2001-ci ildən Avropa Şurasının üzvüdür. Avropa İnsan Hüquqları Konvensiyası Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edildikdən sonra Azərbaycana münasibətdə 15 aprel 2002-ci ildə qüvvəyə minib və Azərbaycan vətəndaşlarının Konvensiyanın 34 maddəsinə əsasən Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət hüququ yaranmışdır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında” Qanuna əsasən dövlət orqanlarının və yerli özünü- idarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən Azərbaycan Respublikasının hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ vardır.

Mülki-Prosessual Məcəllənin 357-ci və İnzibati Prosessual Məcəllənin 81-ci maddələrinə əsasən, birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan tərəflər, üçüncü şəxslər, 23 xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər Apellyasiya şikayəti verə bilər.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402-ci maddəsinə və Azərbaycan Respublikası İnzibati - Prosessual Məcəlləsinin 90-cı maddəsinə əsasən, Apellyasiya məhkəmələrinin mülki kollegiyasının və inzibati-iqtisadi kollegiyasının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının və inzibati-iqtisadi kollegiyasının qətnamə və qərardadlarından kasasiya şikayəti verilə bilər.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 407.4-cü maddəsinə əsasən “Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.”
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1-ci maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kasasiya şikayəti geri qaytarılır.
Hesab edirəm ki, 2018-ci il yanvar ayından qüvvəsini almış nümayəndəlik institutunun ləğvi vətəndaşların öz konstitusion hüquqlarından istifadəsini əngəlləyir belə ki, vətəndaş dolayısı məcbur edilir ki, ancaq və ancaq Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının xidmətindən istifadə etsin, vətəndaşa əlavə heç bir seçim verilmir. Bu hal həmdə hüquqi xidmət sahəsində konkurensiya və ya rəqabət mühitini yox etməklə hüquqi xidmət sahəsinə keyfiyyət baxımından reqresə səbəb olacaq.

Vətəndaşların konstitusion hüquqlarının bərpası və hüquqi xidmət sahəsində rəqabət yaranması və keyfiyyətin yüksəlməsi üçün yenilənmiş qanunvericiliyimin tələblərini yerinə yetirə bilən səlahiyyətlini qeyri hökumət hüquqi xidmət sahəsi yaradılmalıdı.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.4-cü və 408.1-ci maddələri Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə dolayısı da olsa məhdudiyyət yaradır.

Məlumdur ki, heç bir qanun norması ölkənin əsas qanuna yəni Konstitusiyasına ziddiyyətli ola bilməz. Bu halda vəkilin orderinin olması və şikayətin vəkil tərəfindən tərtib edilməsi tələbi vətəndaşın məhkəməyə müraciət etmək hüququna məhdudiyyət yaradır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.4-cü və 408.1-ci maddələrində dəyişilik edilməli “vəkilin orderi və” sözləri çıxarılmalıdır. Bununla da vətəndaşların konstitusion hüquqlarından heç bir məhdudiyyət olmadan istifadəsi bərpa olunmalıdı.

Dadaşov Vüqar Piri oğlu
Hüquqşünas, 1-ci Qarabağ müharibəsi veteranı.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#İqtisadiyyat

Məhkəmə qərar qəbul etdi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Ölkə

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirildi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Gündəm

Cəlladı olmayan ölkə

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının