İranda həbs olunan rusiyalı jurnalist bu gün məhkəmə qarşısına çıxarıldı



Tanınmış rusiyalı jurnalist Boris Voytsexovskiy "Facebook" səhifəsində həmkarı Yuliya Yuzikin İranın paytaxtında saxlanması barədə məlumat yayıb.

Analoq.az xəbər verir ki, Voytsexovskiy sonra qeyd edib ki, cümə günü jurnalist Yuliya Yuzik Tehranda tutulub və kameraya yerləşdirilib. Şənbə günü (bu gün) məhkəmə olacaq. On ilə qədər həbs cəzası gözləyir.

O, bir neçə il əvvəl Tehranda müxbir işləyirdi.İranlı həmkarlarının dəvətiylə yenidən İrana gəlmişdi,İran gömrükçüləri Hava Limanında Yuzikin pasportunu alaraq ona bildiriblər ki, ölkədən gedərkən geri qaytararıq.

Bir gün əvvəl isə "İslam İnqilab Kəşfiyyat " korpusunun əməkdaşları qaldığı otelin qapısını sındıraraq aparıblar. Cümə günü gecə bir dəqiqəlik Moskvaya zəng etməyə icazə alan Yuliya İsrail xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunduğunu söyləyib.

Yuzikin qızı anasının facebook hesabı vasitəsilə saxlanılma faktını təsdiq edib və məhkəmənin şənbə gününə təyin olunduğunu bildirib.

Qeyd edək ki, Yuliya Yuzik 2016‐cı ildə PARNAS partiyası tərəfindən Dövlət Dumasının Şimali Qafqaz üzrə regional qrupun rəhbəri vəzifəsinə namizəd olub.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi