

"Qalatasaray"ın baş məşqçisi Mustafa Dənizli vəzifəsindən istefa verməyə hazırlaşır.
Milli.Az qol.az-a istinadən bildirir ki, buna səbəb "cim-bom"un uğursuz çıxışlarıdır.
Ölkə çempionatında işləri yaxşı getməyən İstanbul təmsilçisi Avropa Liqası ilə də vidalaşdı. Superliqanın 23-cü turunda ötən gün "Qaziantepsor"a məğlubiyyət isə Dənizlinin gedişi ilə bağlı açıqlama verməyə vadar edib.
Təcrübəli mütəxəssis oyundan sonra jurnalistlərə açıqlamasında bu günlərdə klub rəhbərliyi ilə görüşərək qərarını açıqlayacağını deyib.
Qeyd edək ki, 2013-2014-cü illərdə "Xəzər Lənkəran"nı çalışdırmış Dənizli 2015-ci ildən "Qalatasaray"a rəhbərlik edir.
Milli.Az