Bəxtiyar Abbasov doğum günündə növbəti qələbəsini qazandı



Azərbaycanın MMA döyüşçüsü Bəxtiyar Abbasov növbəti qələbəsini qazanıb. Analoq. az xəbər verir ki, bu gün 34 yaşını qeyd edən idmançımız “UAE Warriors 9” turniri çərçivəsində uğur əldə etməklə özü-özünə ad günü təbriki edib.

Bəxtiyar Abbasov doğum günündə növbəti qələbəsini qazandıBelə ki, o, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunan nüfuzlu yarışda Belarus təmsilçisi İqor Litoşiklə üz-üzə gəlib.

Bəxtiyar Abbasov doğum günündə növbəti qələbəsini qazandıOrta çəki dərəcəsində çıxış edən Bəxtiyar döyüşü qələbə ilə başa vurub və xal hesabı ilə qalib elan edilib. Yeri gəlmişkən, bu görüşü izləyənlər arasında məşhur MMA döyüşçüsü Həbib Nurməhəmmədov da olub. Bəxtiyar qələbəsindən sonra çıxış nitqi üçün söz alarkən dağıstanlı idmançını rus dilində salamlayıb.

Bəxtiyar Abbasov doğum günündə növbəti qələbəsini qazandı“Mubadala Arena”dakı döyüş Bəxtiyar Abbasovun peşəkar karyerasında keçirdiyi 23-cü qarşılaşma olub. O, özünün ümumilikdə 18-ci, ardıcıl dördüncü qələbəsini bayram edib. Maraqlıdır ki, onun rəqibi İqor Litaşik də 23-cü görüşünü keçirib. O, doqquzuncu məğlubiyyətini alıb.oxu. az

Analoq. az

Bəxtiyar Abbasov doğum günündə növbəti qələbəsini qazandıскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi