O, "Barsa"nı çox sevir.



 O, "Barsa"nı çox sevir.

"Barselona" La Liqanın 26-cı turunda "Sevilla"nı 2:1 hesabıyla məğlub etməklə turnir cədvəlində ən yaxın izləyicilərindən daha da uzaqlaşıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, katalonların müdafiəçisi Xerard Pike argentinalı ulduz Messi və oyun barədə fikirlərini bölüşüb.

"Messi hər şeyi - oyun, məhsuldar ötürmə, qollar.. yaradır. O, komandaya zinət və dəbdəbə gətirir. Leonun texniki keyfiyyətləri və oyunu görməsi adi insan işi deyil. Meydanda sərbəstdir və ən yaxşı seçim axtarır. Messinin qarşısını almaq qeyri-mümkündür. Rekordlar gözəldir, amma çempionluq daha vacibdir. Mövsümü uğurla başa vurmalıyıq. Bizim üçün hər şey yaxşı gedir. Amma "Real" yeganə rəqibimiz deyil. Liqada "Atletiko", kubokda "Sevilla" və Çempionlar Liqası var".

Pike daha sonra "Periscope" şəbəkəsində azarkeşlərin suallarını cavablandırıb.

"Mançester Yunayted". Özümü "Barsa"da xoşbəxt hiss edirəm. "Yunayted" ikinci klubumdur, amma gələcəyim buradadır.

Ronaldunun sözləri. Hər kəs öz fikrini ifadə etməkdə sərbəstdir.

"El Clasiko". Ümid edirəm, "Barselona" qalib gələcək. Hər iki komandanın durumu fərqli olsa belə, bu oyunlar həmişə çətin keçir.

Neymarın "Real"a transfer ehtimalı. Neymar "Real"a getsə, qolumu kəsərəm. O, "Barsa"nı çox sevir. Fikrimcə, qarşıdakı illərdə burada qalacaq.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi