Ümumdünya Şahmat Olimpiadasına hazırlıq işləri müzakirə olunub



 Ümumdünya Şahmat Olimpiadasına hazırlıq işləri müzakirə olunub

Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasına hazırlıq işləri ilə əlaqədar yaradılan Təşkilat Komitəsinin sədri və üzvləri bu mötəbər yarışın keçiriləcəyi “Baku Crystal Hall”da olublar.
Baş nazirinin birinci müavini, Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti, Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov, eləcə də AŞF-in vitse-prezidenti Faiq Həsənovun iştirak etdikləri görüşdə mötəbər yarışa hazırlıq işləri ilə bağlı müzakirələr aparılıb.
Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarış zalının tərtibatı, media mərkəzinin yerləşəcəyi məkan, olimpiada vaxtı arenada təhlükəsizlik tədbirləri və digər vacib məsələlər barədə fikir mübadiləsi aparılıb. Görüşdə, həmçinin tamaşaçıların arenaya rahat daxil olmasını təmin etmək məqsədilə könüllülərin xidmətindən istifadə olunacağı vurğulanıb.
Bakıda təşkil olunacaq Ümumdünya Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış “Baku Crystal Hall”da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq. Bakı Şahmat Olimpiadasında 180-dək ölkədən 2500-ə yaxın şahmatçı, məşqçi və rəsmi şəxsin iştirakı gözlənilir.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Propecia Does It Work Receding Hairlines Potenzmittel Viagra Original viagra pas cher Secure Clobetasol Psoriasis Medicine Low Price The Wrekin Levitra 10 Mg Bayer Rx One Pharmacy