Valverde qovuldu-Onun yerinə yeni namizəd də tapılıb




Analoq.az xəbər verir ki, İspaniyada "Barselona"nın baş məşqçisi Ernesto Valverdeni istefaya göndərməsi barəsində məlumat yayılıb.İspan mətbuatının yazdığına əsasən artıq Kataloniya təmsilçisinin rəhbərliyi onun yerinə namizəd də, tapıblar. Bu Kike Setyendir.

"Betis"in keçmiş baş məşqçisinin nümayəndələri artıq Barselona şəhərindədirlər. İspan məşqçinin "Barsa" ilə mövsüm sonuna kimi müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, bir neçə gün öncəyə kimi İspaniya mətbuatı "Barselona"nın keçmiş futbolçuları Xaviyə baş məşqçi postunu təklif ediblər, lakin o imtina edib.

Kike Setyenə gəldikdə, onun İspaniya nəhənginə rəhbərlik edəcəyi barəsində hələ Valverdenin təyinatından öncədə söz -söhbət gəzirdi.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi