Qazanılan böyük qələbəyə görə futbolçulara 22 modelin iştirakı ilə şənlik təşkil olunub




"Mançester Siti" klubunun futbolçuları üçün İtaliyadan gələn 22 modelinin iştirakı ilə şənlik keçirilib. Analoq.az xəbər verir ki,bu barədə "The Sun" nəşri məlumat verib. Mətbu orqan iddia edir ki, onlara bu barədə adının anonim qalmasını istəyən klub əməkdaşı danışıb. Nəşr hətta modllərdən bir neçəsinin şəklini də paylaşıb.

Qeyd edilir ki, futbolçuların bu tədbiri keçirtmək üçün baş məşçi Xosep Qvardiolandan icazə alıblar. Amma futbolçular üçün modellərın çağırılmasından onun xəbəri olub-olmaması bilinmir. Şənlik "şəhərlilər"in "Aston Villa"nı 6:1 udduqların oyuna eləcə də Milad bayramın qeyd edilməsi üçün təşkil olunub. Təşkilatı işlərlə iki aya yaxın klubun əməkdaşı məşqul olub.

Maraqlısı odur ki, təşkil olunan şənlikdə futbolçuların həyat yoldaşları iştirak etməyib və modellərin çağırılmasından da xəbərsiz olublar.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi