ƏSAS SƏHİFƏ İdman Ronaldo Messidən, Levandovksidən, Manedən geridə qalıb

Ronaldo Messidən, Levandovksidən, Manedən geridə qalıb

Analoq.az xarici mətbuata istinadən xəbər verir ki,UEFA "Yuventus"un hücumçusu Kristiano Ronaldonun ilin rəmzi yığmasına düşməsi üçün öncədən planladığı düzülüşü dəyişib.

Mənbənin məlumatına görə, öncədən 4-3-3 düzülüşü ilə rəmzi yığmanın qurulacağı gözlənilirdi. Amma sonradan yarımmüdafiəçilərdən birini azaldaraq hücumçu əlavə edilib və 4-3-3 4-2-4 yə dəyişdirilib.

Portuqaliyalı hücumçuların səs verməsində yalnız dördüncü yeri tutub. O, "Barselona"nın kapitanı Lionel Messidən, "Bavariya" forvardı Roberto Levandovksidən və "Liverpul"un futbolçusu Sadio Manedən geridə qalıb. Amma buna baxmayaraq UEFA onu rəmzi yığmaya salmaq qərarı verib.

Güman olunur ki, Ronaldo "Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kantenin yerini tutub.

UEFA səsvermənin nəticələrini hələ keçən həftədən elan etməli idi. Amma Ronaldonu rəmzi yığmaya düşüb -düşməməsi üzərində müzakirələr getdiyindən nəticələrin açıqlanması bir qədər gecikib.

Analoq.azскачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu