ƏSAS SƏHİFƏ İdman Məşhur futbolçunu təcavüzdə ittiham edən rus model həbs edildi

Məşhur futbolçunu təcavüzdə ittiham edən rus model həbs edildi

İspaniya polisi rusiyalı model Luiza Kremlevanı həbs edib.

Model təcavüzlə bağlı polisə yalan məlumat verdiyi üçün saxlanılıb.

Kremleva "Milan”ın fransalı müdafiəçisi Teo Ernandesi təcavüzdə ittiham edirdi. Model bildirirdi ki, 2017-ci ilin iyununda Marbelidəki gecə klublarından birində futbolçu ona hücum edib. O, Ernandesin həmin vaxt ona narkotik maddə verdiyini deyib.

Aparılan araşdırmalar zamanı modelin qanında narkotik aşkarlanmayıb. İstintaq futbolçu ilə model arasında intim münasibətlərin olduğunu qeyd edib. Ancaq bu münasibətlər qarşılıqlı razılıq əsasında olub.

İndi modeli yalan məlumat verdiyi üçün həbs cəzası gözləyir. Kremleva qərardan apellyasiya şikayəti verib.Fanat.Az
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu