Evra: "Poqba oynayanda da günahkardır, oynamayanda da"




“Mançester Yunayted”in sabiq oyunçusu Patris Evra da Pol Poqbaya dəstək olub.
Fransalı futbolçu həmyerlisi haqda səsləndirilən tənqidi anlamadığını dilə gətirib: “İnsanlar Poqba oynayanda da onu günahlandırır, oynamayanda da. Əgər futbolçu klub üçün problemdirsə, o halda tənqid edənləri başa düşə bilirəm. Özümdən nümunə gətirim: mən 2017-ci ildə “Marsel”in azarkeşini vuranda klubun sahibi və baş məşqçisi mənə “Patris, indi biz səninlə nə edək” sualını verdilər, mən də cavabında “gedirəm” dedim. Klubun ətrafında mənfi imic formalaşdırmaq istəmədim. Bəlkə Poqba üçün də getmək vaxtıdır. Orada qalmağın mənası yoxdur”.
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi