Facebook səhifəmizi bəyənin
ƏSAS SƏHİFƏ İdman Koreya klubu "Qarabağ"ın futbolçusuna təklif göndərdi

Koreya klubu "Qarabağ"ın futbolçusuna təklif göndərdi

"Qarabağ"ın hücumçusu Mahir Emreliye növbəti təklif Asiya qitəsindən gəlib.

Yeni mövsümün startına hazırlaşan Cənubi Koreyanın K Liqa - Superliqa təmsilçisi "Seul" millimizin forvardını heyətinə qatmaq üçün futbolçuya təklif göndərib.

Asiya təmsilçisi 22 yaşlı Emreliyə uzunmüddətli müqavilə və yaxşı maaş şərti irəli sürüb. Lakin yayda "Sevilya"nın rəsmi təklifini geri çevirən və İspaniya klubunun B komandasında oynamağa razılaşmayan Mahir koreyalılara da "yox" deyib. Fikirləşmək üçün vaxt istəyən futbolçunun "Seul"un təklifinə qəti maraq göstərmədiyini dəqiqləşdirmişik.

Koreya klubu ötən mövsümü 3-cü yerdə başa vurub. K liqasının yeni mövsümü martda başlayacaq.
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu