ƏSAS SƏHİFƏ İdman Zidan: “Hamı istəyir ki, onunla problemimiz olsun”

Zidan: “Hamı istəyir ki, onunla problemimiz olsun”

Madrid "Real”ının baş məşqçisi Zinəddin Zidan İspaniya çempionatının 23-cü turunun "Osasuna" ilə matçında (4:1) "kral klubu”nun hücumçusu Qaret Beylin oyununu şərh edib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

"Beyl bizim üçün əhəmiyyətli oyunçudur. O, son matçları oynamadan bu gün hücumda və müdafiədə yaxşı dəqiqələr keçirdi. O, çalışırdı. Problem ondadır ki, hamı Qaretlə problemimizin olmasını istəyir, amma bunlar yoxdur”, - baş məşqçi bildirib.

Zidan “Real”ın oyunçularının çox olmasını önə çəkib: “Bizim komandada oyunçular çoxdur, vaxtı onların hamısı arasında bölmək çətindir. Qaret həqiqətən əhəmiyyətli oyunçudur və tədricən öz səviyyəsini yüksəldəcək. O, fiziki planda tam hazır deyil, buna görə dəyişikliklər etdik. Amma biz Qaretə bel bağlayırıq".

Xatırladaq ki, Beyl "Osasuna" ilə matçda meydana start heyətdə çıxıb və 73 dəqiqədə əvəz edilib. Futbolçunun yaddaqalan hərəkətləri qeydə alınmayıb.
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu