O,Bakıya niyə gəlir?



«Yuventus» klubunun futbolçusu
Bakıya gəlir Fransa yığmasının və “Yuventus” klubunun əfsanəvi futbolçusu David Trezeqe Bakıya gəlir. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğlunun verdiyi məlumata görə, sabah sabiq futbolçu O,Bakıya niyə gəlir?AFFA-nın Hesabat-Seçki Konfransına qatılacaq.
Onun sözlərinə görə, məşhur futbolçunun səfərinin məqsədi Azərbaycanda fəaliyyət göstərən “Yuventus” klubunun “I Gighiti Bianconeri” adlı rəsmi fan klubunun Bakıda AFFA-nın dəstəyi ilə təşkil edəcəyi “Juventus camp”la bağlı mətbuat konfransında iştirak etməkdir. David Trezeqenin əfsanəvi komanda yoldaşları. Nedved və Del Pyero
Fan klubun tədbiri martın 11-də Bakı Olimpiya Stadionunda keçiriləcək. D.Trezeqeni “Yuventus” klubunun rəsmi şəxsləri müşayiət edəcək. Trezeqe 1998-ci ilin dünya, 2000-ci ilin Avropa çempionu, 2006-cı il dünya çempionatının gümüş mükafatçısıdır. Hazırda İtaliyanın “Yuventus” klubunun səfiri kimi fəaliyyət göstərir. Trezeqe 4 dəfə İtaliya çempionu olub./anspressскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi