Martın 25-də Tiflis şəhərində cüdo üzrə beynəlxalq Qran-pri yarışına start veriləcək.



Martın 25-də Tiflis şəhərində cüdo üzrə beynəlxalq Qran-pri yarışına start veriləcək.


Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, üç gün davam edəcək mötəbər yarışda Azərbaycan cüdoçuları da mübarizə aparacaqlar. Gürcüstan Qran-prisində yığma komandamızı Orxan Səfərov, İlqar Müşkiyev (60 kq), Nicat Şixəlizadə, Tərlan Kərimov (66 kq), Rüstəm Orucov (73 kq), Əbdülhəqq Rəsullu, Rüstəm Alimli (81 kq), Məmmədəli Mehdiyev, Ramin Qurbanov (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (100 kq), Uşanqi Kokauri (+100 kq) və Aişə Qurbanlı (48 kq) təmsil edəcəklər.

Reytinq xarakterli və Olimpiya yarışına seçim statuslu turnirdə 70 ölkədən 455 idmançı birincilik uğrunda mübarizə aparacaq.

Milli.Azскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi