

İbrahimoviç getmək istəyir
“Mən çıxışımı zirvədə tamamlamaq istərdim”.
“PSJ” hücumçusu Zlatan İbrahimoviç mövsüm sonunda oyunçu karyerasını son verəcəyini istisna etməyib.
Oxu.Az xəbər verir ki, 34 yaşlı isveçlinin parislilər ilə cari müqaviləsi 2016-cı ilin yayında başa çatır.
“Hər şey baş verə bilər. Karyeramı sona vuracağım da istisna deyil. Heç kim bu barədə düşünməyib, amma mən çıxışımı zirvədə tamamlamaq istərdim”, - TV4 İbrahimoviçin sözlərini sitat gətirib.
Daha öncə İbrahimoviç ilə İngiltərə və Çin klublarının maraqlandığı barədə məlumat yayılmışdı.