Kriştianu Ronaldu "Kral" kulubundan ayrılır?



Kriştianu Ronaldu "Kral" kulubundan ayrılır?


Builki futbol mövsümünün sonunda İspaniyanın "Real Madrid" futbol klubu portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldu ilə yollarını ayıracaq.

Analoq.az anspress-ə istinadən bildirir ki, bu barədə klub rəhbərliyi ilə 31 yaşlı ulduz futbolçu artıq razılığa gəliblər.

Məlumata görə, Ronaldunun klubdan göndərilməsi barədə qərarı futbolçu yox, məhz klub rəsmiləri qəbul ediblər. "Real Madrid" tərəfindən ilkin 21 milyon avro ödənən futbolçunun müqaviləsi 2018-ci ildə sona çatmalı idi.

Müqavilənin vaxtından əvvəl sonlandırılması barədə razılığa gələn tərəflərin bir-birinə qarşı müəyyən şərtlər irəli sürdüyü də bildirilir.

Ronaldunun şərti ondan ibarətdir ki, onu almaq istəyən klubdan illik 20-25 milyon avro tələb edəcək.

Madrid klubu isə yay aylarında ulduz futbolçu üçün kluba müraciət edənlərin onlara ən az 60 milyon avro ödəməli olduğunu qeyd edib.

İngilis mətbuatı artıq Ronaldu və klubun şərtləri ilə razılaşan klubların olduğunu da açıqlayıb. Ulduz futbolçunu öz heyətinə qatmaq istəyən "Pari Sen-Jermen" (PSJ) və keçmiş klubu "Mançester Yunayted" artıq "Real"a müraciət ediblər.

Ronaldunun "Mançester Yunayted" klubundan "Real Madrid"ə keçidi üçün 83 milyon funt-sterlinq ödənilib. Bu da onu futbol tarixinin ən bahalı oyunçusuna çevirib. "Real Madrid" ilə bağladığı müqaviləyə əsasən, ildə 12 milyon avro qazanan futbolçu dünyanın ən çox qazanan futbolçularından biridir. Portuqaliyalı 3 dəfə "Qızıl Top"a sahib olub.

O, 1997-ci ildə Portuqaliya nəhəngi olan "Sportinq Lissabon" klubuna keçid alıb. Ronaldunun gözəl oyunu "Mançester Yunayted"in məşqçisi olan Aleks Ferqyusonun diqqətindən yayınmayıb, elə 2003-cü ildə Kriştianu 12.24 milyon funt-sterlinqə (15 milyon avro) "Mançester"ə transfer olundu.

Ronaldu 2007-ci ildə 4 ümumi PFA və FWA mükafatını alan ilk futbolçu olub. 2008 və 2013-cü illərdə "Qızıl top" mükafatını qazanıb. Ronaldu bu mükafatın 2007, 2009, 2011 və 2012-ci illərdə keçirilən müsabiqələrində də ikinci yeri qazanıb. Kriştianu həm 2008, həm də 2011-ci ildə Avropa "Qızıl Buts"un sahibi olub. скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi