

Xorvatiya millisinin və Madrid "Real"ının futbolçusu Luka Modriç faciə ilə üzləşib.
Analoq.Az lent.az-a istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin xalası qızı qətlə yetirilib.
Salvadorda yaşayan 40 yaşlı Susanna Modriçin cəsədi avtomobilin yük yerindən tapılıb. Mərhumun 2 övladı qalıb. Polis hadisə ilə bağlı araşdırma aparır.
Üzləşdiyi faciə Modriçin futbol həyatına təsir etməyib. O, Çempionlar Liqasının 1/4 final mərhələsində "Volfsburq"la cavab oyununa çıxıb və komandası 3:0 hesabı ilə qalib gələrək, mərhələ adlayıb.