

Transfer dönəmində Avropadan bir çox ulduzu aparan çinlilər indi də "köhnə qitə"də klub satın almaq istəyir.
Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Çin hökumətinin dəstəklədiyi bir konsorsium "Milan"a elçi düşüb.
Avropa mətbuatının məlumatına görə, çinlilər İtaliya klubunun sahibi Silvio Berluskoniyə 600 milyon avro təklif ediblər. Çin hökumətinin dəstəklədiyi yatırımcılar klub səhmlərinin 99 faizini almaq istəyirlər.