

Rusiya Premyer Liqasının 25-ci turunda keçirilən CSKA - "Dinamo" (1:0) qarşılaşması meydan sahiblərinin futbolçusu Mario Fernandesin zədə almasıyla nəticələnib.
Analoq.Az goal.az-a istinadən xəbər verir ki, braziliyalı müdafiəçi rəqib oyunçu Andrey Yeşenko ilə toqquşub. Bundan sonra Roman Zobnin ona qarşı kobudluq edib. Daha sonra Fernandes qazona uzanıb və mübarizəni davam etdirə bilməyib.
""Dinamo"nun futbolçusu ilə toqquşmada zədələnən Mario Fernandesə qapalı kəllə-beyin silkələnməsi diaqnozu qoyulub. Ona tibbi yardım göstərildikdən sonra müayinə olunub. Onun ümumi qrupa qayıtmaq müddəti sonra açıqlanacaq" - klubun rəsmi bəyanatında deyilir.