“Onlar ölkəmizi təmsil edəcəklər”



“Onlar ölkəmizi təmsil edəcəklər”
Fevralın 15-17-də Azərbaycan Kikboksinq Federasiyası tərəfindən “Narkomaniya və uşaq cinayətkarlığına qarşı“ adı altında XXII Azərbaycan çempionatı və kadetlər arasında Azərbaycan birinciliyi keçiriləcək.

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev Axar.az-a açıqlamasında yarışın izdihamlı keçəcəyinə inandığını bildirib:

“Çempionat idmançılarımıza mənəvi stimul verəcək. Artıq federasiyamızda yeni-yeni gənc idmançılar formalaşır. Onlar sabah ölkəmizi mötəbər beynəlxalq yarışlarda təmsil edəcəklər. Bu gün Azərbaycana sağlam və vətənpərvər gənclər lazımdır. Federasiyamız bu missiyanı uğurla yerinə yetirir”.

Yarış fevralın 15-də, saat 10:00-da baş tutacaq. Rəsmi açılış mərasimi isə 16:00-da olacaq. Final döyüşləri 17 fevral 2016-ci il tarixində saat 18:00-da gerçəkləşəcək.

Çempionat Bakı İdman Sayarı (Əl Oyunları İdman Sarayında, Bakı, Səbail, Neftçilər, 26a) keçiriləcək.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi