Bizi izləməyi unutmayın

#İdman

Arda Turan:"Hələ də uşaqlıq dostlarımla görüşürəm"

23-02-2016, 21:29 | 6062 dəfə baxılıb.

Arda Turan:"Hələ də uşaqlıq dostlarımla görüşürəm"O, Türkiyənin qürurudur. Ölkəsinin adını futbol səhnəsinə qızıl hərflərlə yazdıran, əvvəl “Atletiko Madrid”də, son illər isə “Barselona” futbol klubunda oynayan Arda Turan “Hürriyət”in müxbiri Ayşə Armana maraqlı müsahibə verib. Qazandığı pullardan, lüks zövqlərindən, sevgilisindən danışan futbolçunun maraqlı müsahibəsini Publika.az-ın “Şirin söhbət”ində oxuya bilərsiniz.

- Sən bizim qürurumuzsan.
- Təşəkkür edirəm.

- “Barselona” kimi futbol klubunda bütün dünyanın heyran olduğu futbolçularla oynamaq necə hissdir?
- Möhtəşəmdir. Xəyalım bu idi. “Kaş bir gün “Barselona”da oynaya bilsəm, o klubun parçası ola bilsəm”, demişdim. Şükür, nəyin xəyalını qurdumsa, reallaşdı. Ancaq təbii ki, heç nə göydən zənbillə düşmür. Çalışdım, əmək sərf etdim. İndi dünyanın ən yaxşı klublarından birində oynamağın dadını çıxarıram.

- Necə olur ki, ağlını itirmirsən?
- İnanclı insanam. İnancım etibarı ilə hər şeyin Allahdan gəldiyinə inanıram. Bu hiss ağlımı qorumağıma kömək edir. Bəli, futbolda yüksələ biləcəyim ən üst nöqtədəyəm. Bilirəm ki, bir gün bu yuxu bitəcək, ancaq buna da hazıram. Hazırda əlimdən gələni edirəm. Üstündə Arda Turan forması ilə top oynayan uşaq görəndə mənəvi baxımdan elə hisslər yaşayıram ki, onu sözlə ifadə etmək mümkün deyil.

- Yaş səni yetkinləşdirib. Halbuki sənin atdığın və ya ata bilmədiyin qollarla, getdiyin ziyafətlərlə, gəzdiyin qızlarla, yığdığın “like”larla ağlımızı itirmişik. Sən bütün bunları necə belə sakit qarşılaya bilirsən?
- Çünki başqa cür davransam, anam əsəbiləşər. Atdığım hər addım xəbər olur. Ancaq bu, bütün “Barselona” oyunçuları, bütün məşhur futbolçular üçün keçərlidir. Mən içimdən gəldiyi kimi hərəkət edirəm. Ailəmə böyük hörmətim var, onları utandıracaq heç nə etmərəm.

- Bu qədər məşhur olmağın çətinlikləri var?
- Özümə vaxt ayıra bilmirəm. Evə çatan kimi yorğunluqdan yatağa yıxılıb qalıram. Sponsorlarla görüşlər, müsahibələr, fotosessiyalar, yardım təşkilatları ilə görülən işlər, bir sözlə, iş həmişə olur. Demək olar ki, ən asan iş futbol oynamaqdır. İldə 60 matç oynayırıq. İdmanlar, səyahətlər üzündən mütəmadi olaraq yollardayam.

- Olduğun yeri qoruya bilmək üçün hansı sirlərin var?
- Hər şeyin fərqindəyəm. Bilirəm ki, mənə kömək edə biləcək heç kim yoxdur. Təkəm, diqqətimi toplamalı, yazılanları, danışılanları ciddi qəbul etməməliyəm. Mən ancaq anamı, atamı və sevdiklərimi düşünürəm. Bir də sağlamlığımı qoruyub, futbol meydançasında əlimdən gələni etməliyəm. Bu qədər.

- Yaşadığın həyata və stressə başqaları da dözə bilərdimi?
- Əlbəttə! Mən bacarmışamsa, deməli, başqa gənclər də bacararlar. Aydan gəlməmişəm! Türk insanı bacarıqlıdır. Ancaq doğru istiqamət vermək lazımdır. Məsələn, “Qalatasaray”da oynayanda şərait yaratmırdılar. İstədiyim yerdə, istədiyim insanlarla əylənə bilmirdim. Türkiyədə belə axmaq məhdudiyyətlər var. 21 yaşında fikirlərimi deyəndə “Çok danışır, sanki hər şeyi bilir, özündən razıdır”, - deyirdilər. Hörmət etmirlər. Avropada isə doğru fikir səsləndirənə hörmətlə yanaşırlar.

- Elə danışdın ki, sanki heç səhvlərin olmayıb.
- Təbii ki, səhvlərim olub. 18 yaşında cibində 500 min dolları olan, evini, “Porsche”sini alan, bir anda məşhurlaşan gəncdən bəhs edirik. Səhvlərimin olması normal idi. Ancaq pis deyildim, sadəcə həyəcanlı idim. Görməmiş olmuşam, sonradan görmüşəm.

- Çox az insan görməmiş olduğunu etiraf edir.
- Bizdə yalan yoxdur!

- Bu gün əldə etdiklərin üçün ən çox kimlərə minnətdarsan?
- Ən çox Allaha, valideynlərimə və mənə dəstək olan müəllimlərimə, dostlarıma təşəkkür edirəm. Çox dostum var. Onların varlığı mənə həmişə güc verib. Evimdə həmişə ən az beş-altı uşaqlıq dostum olur.

- Hələ də?
- Bəli, hələ də uşaqlıq dostlarımla görüşürəm. Bayrampaşadan, Yaşilköydən və “Qalatasaray” dövründən tanıdığım çoxlu dostlarım var. Dostluqlarım uzun illər davam edir. Bizdə vəfalı olmaq çox önəmlidir.

- Hamı sənin futbol dahisi olduğunu deyir.
- O haqqda nə desəm, yalan olar. Ancaq bunu bilirəm ki, mən həm güclü, həm də zəif tərəflərimi bilirəm. Bu da işimi asanlaşdırır. Bütün bunları izləyərək öyrəndim. Bir çox futbolçu futbol izləməyi sevmir. Ancaq mən vaxt tapdıqca izləyirəm. Uşaqlıqda belə böyük uğurlar qazanacağımı hiss edirdim. Çünki 16 yaş qrupunda 40 matç məğlub edilə bilməyən uşaqlar idik. Rəqiblərimiz hazırda dünya ulduzu olan futbolçular idi. Biz onları 16 yaşında məğlub edirdiksə, deməli, 23 yaşda da edə bilərdik. Lakin Türkiyədə sistem düzgün qurulmadığı üçün o bacarıqlı uşaqların çoxu futboldan uzaqlaşdı.

- Səncə, həmin uşaqlar niyə itib-batdılar?
- Çünki bu ölkədə futbola, futbolçuya barmaqarası baxılır. Futbolçuların mindikləri avtomobilləri, geyimlərini həzm edə bilmirlər. Mən də oxşar şeylər yaşamışam. İspaniyada futbolçulara xalq qəhramanı kimi baxırlar.

- Sən də ölkəndə qəhrəman kimi qarşılanırsan.
- Mən xaricdə uğurlara imza atamasa idim, belə qarşılanmazdım. “Galatasaray”da oynayanda geyimimdən, həyat tərzimə kimi hər şeyi tənqid edirdilər. Tənqid etmək əvəzinə gənc futbolçulara ingilis dilini öyrədə bilərlər, ruhi baxımdan hər şeyə hazır olmaları üçün psixologiya təhsili vermək olar. Bütün bunlar önəmlidir.

- Bunları sənə də öyrədən olmayıb. Sən necə öyrəndin bəs?
- Başımı-gözümü yararaq, baxaraq, görərək. Komplekslərdən xilas olmalısan. Məsələn, dünyada ən yaxşı geyinən futbolçu kimdir? Devid Bekhemdir? Onda baxıram görək, necə geyinir, nə edir, hansı saatı taxır. Düzdür, fiziki baxımdan oxşarlığımız yoxdur, onun geyimlərini geyinsəm də, elə görünə bilmərəm. Ancaq ən azından nəyi nə ilə geyinməli olduğumu öyrənirəm. Təqlid etmirəm, lakin nümunə götürürəm.

- Paparassilərin səni mütəmadi olaraq izləmələrindən narahat olursan?
- Bu, məni narahat etmir. Ancaq olanı yazsınlar. Yalan xəbərlər yazmasınlar. İspaniyada Messinin belə fotosunu çəkmirlər. Madriddə Ronaldonu İrina ilə çəkmirdilər. Türkiyədə məni ən çox əsəbiləşdirən şeylərdən biri də köşə yazarlarının bilmədikləri mövzuda yazmaqlarıdır.

- Futbolçu karyerana nə vaxt nöqtə qoymağı düşünürsən?
- Xəyalım zirvədə nöqtələməkdir. Fiziki baxımdan yaşlanmadan futbolla vədalaşacam. Yəqin ki, 35 yaşda futboldan gedərəm. Ondan sonra Türkiyəyə qayıdıb öyrəndiklərimi, gənclərə öyrətmək istəyirəm. Ya Federasiya başçısı və ya baş məşqçi olaram.

- Bəs ailə qurmaq haqqında düşünmürsən?
- Çox istəyirəm. Amma həyatda heç bir şey üçün tələsməmişəm.

- Sənin kimi məşhurların işi çətindir. Qadınlar səni sevirlər, yoxsa pullu və şöhrətli Arda Turanı?
- Hazırda sevgilim var və ona hörmət edirəm. Ona görə də bu suala ancaq onu nəzərə alaraq cavab verə bilərəm. Sevgilimin məni sevdiyinə inanıram.

- Meydançaya çıxmadan öncə uğur gətirdiyinə inandığın ritualların varmı?
- İsinmək üçün 18 dəqiqə idman edirəm. O zaman “Quran” dinləyirəm. Yaxşı təsir edir.

- Dinlə maraqlanmağa nə vaxt başlamısan?
- Uşaqlığımdan bəri dinə yaxınam. Bu, babamla bağlıdır. Ancaq mən dini öz içimdə yaşayıram. Məsələn, Ümrəyə getdiyimi belə çoxları bilmir.

- Sənin üçün “Allah, kitab, din kimi kəlimələr dilindən düşməyən ancaq kef məclislərini də çox sevən adam” deyirlər. Bu, səni əsəbiləşdirir?
- Heç əsəbiləşmirəm. Bizim kitabımızda hamımızın hesabı Allaha verəcəyimiz deyilir. Ürəyimizi Allah bilir. Qul qulu mühakimə etməz. Mənim evimə gündə 5 dəfə namaz qılan da gəlir, ateist də gəlir, səhər-axşam şərab içən də. Hamısının başımın üstündə yeri var. İbadətimi də, səvabımı da, günahımı da heç kim bilə bilməz. Bəzən də futbolçu olduğumu unudub siyasi məsələlərə qarışdırmaq istəyirlər. Hamıya eyni məsafədən baxıram. Bir gün Kamal Kılıçdaroğlu ölkə prezidenti olsa və məni görməyə gəlsə, ona da Ərdoğana etdiyim hörməti edərəm. Mənim üçün hamı eynidir.

- Xarici mətbuat sənə Türkiyə ilə bağlı sual verəndə nə deyirsən?
- Düşündüyümü deyirəm. Ölkəmdə utanılacaq heç nə yoxdur deyirəm. Təbii ki, problemlərimiz var, ancaq qaranlıq günlər geridə qalacaq, hər şey yaxşı olacaq.

- Ləqəbin var?
- Əsasən, “Kapitan” deyirlər. “Yekə baş” deyənlər də var. Haqlıdırlar, başım böyükdür (Gülür).

- Geyim tərzin çox müzakirə olunur. Professional məsləhət alırsan?
- Bir müddətdir ki, hər sahədə mənə məsləhət verən insanlarla işləyirəm. Dünyadakı yeni trendlər, geyim, brendlər, getməli olduğum, konsertlər, filmlər, operalar, tamaşalar haqqında məni məlumatlandırırlar. Mən də əlimdən gəldiyi qədər tədbirləri buraxmamağa, özümü inkişaf etdirməyə çalışıram.

- Sevgilin Əslixan Doğanın sənə ən çox təsir edən xüsusiyyəti hansıdır?
- Çox dürüst və açıqsözlü olması xoşuma gəlir. Heç kimə güzəşt etmir, sözü üzə deyir. Bu xüsusiyyətini çox sevirəm. Bir də hər şey haqqında fikri olması, məlumatlı olması xoşuma gəlir. Bilmədiyim bir çox şeyi mənə o öyrədir.

- Onunla necə tanış oldun?
- 10 il öncə tanış olmuşuq. Dost olduq, əvvəl mənə üz vermirdi, ardınca az sürünməmişəm.

- Evlənəcəksiniz?
- Xeyirlisi olsun deyək.

- Əsli ilə boş vaxtlarınızda nə edirsiniz?
- Londona gedirik. Gəzməyi çox sevirik.

- Lüksə düşkünsən?
- Özümü mükafatlandırmaq istəyəndə saat alıram. 36 ədəd saatım var. Onlar oyuncaqlarımdır. 24 yaşımda nəinki özümün, hətta ailəmin və sülaləmin həyatının sonuna qədər bəs edəcək qədər pul qazanmışdım. Bankdakı pullarımın sayını-hesabını bilmirəm.

- İnsanların məhz pul üçün səninlə yaxınlaşmağa çalışdıqlarını hiss edirsənmi?
- Belə hiss etsəm, qəhərlənərəm. Bizdə böyük süfrələr qurulur. Yüzlərlə dostum-tanışım var. Kim dərdini paylaşır, ehtiyacını deyir, heç vaxt "yox" cavabı almır.

- Belə deyirsən, indi kömək istəyənlərin sayı daha da artacaq.
- İstəsinlər. Bayrampaşada böyümüşəm. Onlar dərd çəkərkən mənim bankda milyonlarım yatsın? Elə şey olmaz! Bizə yaraşmaz.скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#İdman

Bəzən onun insan olduğuna inana bilmirsən

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #İdman / #Maraqlı

Atalar və oğullar

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İdman

Futbol tarixinin ən yaxşı qapıçısı Canluici Buffon seçildi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının