Fənərbaxçanın əfsanəvi futbolçusu Şərəf Has vəfat etdi!



Türkiyənin A Milli Futbol komandası və Fənərbaxçanın əfsanəvi oyunçularından Şərəf Has 13 iyun 2019-cu ildə 82 yaşında həyata əlvida dedi.

Fənərbaxça klubundan vəfat ilə ilgili verilən açıqlamada, bu ifadələr yer aldı:

"14 il boyunca formamızı geyən və klubumuzun idarəçilərindən olan, 2996 nömrəli yüksək divan kurulu üzvümüz, keçmiş milli futbolçu Şərəf Hası itirmiş olmanın dərin acısını və üzüntüsünü yaşayırıq. Fənərbaxçanın və Türk idman aləminin əfsanəvi ismi Şərəf Hasa Allahdan rəhmət; dəyərli ailəsi, sevənləri və bütün cəmiyyətə baş sağlığı diləyirik.

1955-1969-cu illərdə Fənərbaxça formasıyla çıxdığı 605 maçtda 168 qol vuran Şərəf Has, 39 dəfə də A Milli komandanın formasını geymişdi. 5 dəfə Türkiyə Liqası, 2 dəfə İstanbul Liqası çempionluğunu yaşayan köhnə futbolçumuz; Türkiyə Kuboku, Spor Toto Kuboku, Cumhurbaşkanlığı Kuboku və Balkan Kuboku zəfərlərində də komandamızda yer almışdı. Məkanı cənnət olsun."

27 sentyabr 1936-cı ildə İstanbulda dünyaya gələn Şərəf Has, Bəyoğlusporda forma geydikdən sonra Fənərbaxçaya dəyişilmişdi.
Milli komanda və Fənərbaxçada kapitan ilan Şərəf Has, ay-ulduzlu formayla 1 qolə imza atdı.

Əzim Cavanşir

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi