Abşeronda sərbəst güləş yarışı keçirilib



Analoq.Az xəbər verir ki, bu gün Abşeron Güləş Məktəbinin müxtəlif komandaları arasında yoldaşlıq görüşü motivində sərbəst güləş üzrə yarış keçirilib. Yarış Masazır qəsəbəsində baş tutub. Müxtəlif çəki dərəcəsində güclərini sınayan güləşçilər əsasən yeniyetmələrdən ibarət komandaların yetirmələri olub. Masazır güləş məktəbinin müəllimi Hafiz Xələfovun yetirmələri digərlərindən müsbət dərəcədə fərqləniblər. 6 komandanın iştirak etdiyi yarış Açıq Birincilik olaraq gənclərdə və idmançılarda yüksək ruh yüksəkliyi yaradıb. Sonda qaliblərə Diplomlar, Fəxri Fərman və medallar təqdim edilib.

Tural İrfan
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Analoq.Az


Abşeronda sərbəst güləş yarışı keçirilib
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi