Milli Məclisdə keçirilən büdcə müzakirəsində maliyyə nazirini birinci müavin əvəz edib



Maliyyə naziri Samir Şərifov bu dəfə büdcə müzakirələrinə qatılmayıb.Etikxeber.az-ın xəbərinə görə, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin bu gün birgə keçirilən iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsinin ikinci oxunuşda müzakirəsi Maliyyə nazirini onun birinci müavini Azər Bayramov əvəz edib.

A. Bayramov ikinci oxunuşla bağlı komitə üzvlərini məlumatlandırıb.

Müzakirələrin sonunda isə A. Bayramovun ikinci oxunuşla bağlı deputatların sual və iradlarını cavablandıracağı gözlənilir.

Qeyd edək ki, müzakirələr parlament jurnalistlərinin iştirakı olmadan keçirilir.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi