Azərbaycanla Qazaxıstanı birləşdirəcək TransXəzər optik magistralının tikintisinə başlanıldı



Qazaxıstanın Aktau şəhərində Xəzərin dibi ilə çəkilməsi nəzərdə tutulan, Azərbaycan və Qazaxıstanı birləşdirən TransXəzər fiberoptik xəttin çəkilişinin başlanması ilə bağlı mərasim təşkil olunub.

"APA-Economics"in əldə etdiyi məlumata görə, mərasim çərçivəsində layihənin əsas təşəbbüskarı və təşkilatçısı olan "AzerTelecom" şirkəti TransXəzər optik magistralın tikintisi məqsədilə "Transtelecom" və "KazTransCom" şirkətləri ilə müqavilə imzalayıb.

Rəsmi mərasimdə Qazaxıstanın Baş naziri Askar Mamin və Azərbaycanın Baş naziri Əli Əsədov, həmçinin Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənayesi naziri Askar Jumaqaliev, Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov və "AzerTelecom" şirkətinin rəhbəri Fuad Allahverdiyev iştirak ediblər.

Uzunluğu 400 km olacaq TransXəzər magistralının tikinti işləri 2021-ci ildə başa çatacaq. Avropa və Asiyanı birləşdirəcək fiberoptik rabitə kanalının məlumat ötürmə qabiliyyəti 4-6 Tb/s təşkil edəcək.

Analoq. az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi