Xəzər Boru Kəməri Konsorsiumu keçən il neft ixracını artırıb




Xəzər Boru Kəməri Konsorsiumu (The Caspian Pipeline Consortium (CPC) ötən il boru kəməri ilə dünya bazarına 63 milyon 256 min ton neft nəql edib.

Analoq.Az xəbər verir ki, keçən il kəmərlə daşınan neftin həcmi 2018-ci illə müqayisədə 2 milyon 172 min ton artıb. Qazaxıstandan neft ixracı 55 milyon 841,5 min ton, Rusiya tərəfindən isə 7 milyon 414,5 min ton neft nəql olunub.
Qazaxıstanın ümumi ixrac neftinin üçdəikisindən çoxu CPC ilə nəql edilir.

Qeyd edək ki, Xəzər Boru Kəməri Konsorsiumu Qazaxıstan neftinin Rusiya ərazisindən ixracı üçün yaradılıb. Konsorsium Qərbi Qazaxıstanı Qara dəniz sahilləri ilə birləşdirən və ümumi uzunluğu 1511 kilometr olan Tengiz-Novorossiysk boru kəmərinə sahibdir. AzərTaC

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi