Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi 227 milyon dollardan çox olub




2019-cu ildə Azərbaycanla Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 227 milyon ABŞ dollarını ötüb ki, bu da 2018-ci illə müqayisədə 23 milyon dollar çoxdur.

Analoq.Az xəbər verir ki, bu barədə AZƏRTAC-a Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə Azərbaycana Belarusdan idxal 206,2 milyon dollar, Azərbaycandan Belarusa ixracın həcmi isə 21,1 milyon dollar təşkil edib.
Qeyd edək ki, 2018-ci il Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 204 milyon dollara yaxın olub ki, bu da 2017-ci ilin müvafiq dövrünə nisbətən təxminən 56 milyon dollar çoxdur. AZƏRTAC

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi