ƏSAS SƏHİFƏ İqtisadiyyat “20 Yanvar” metro stansiyasında hüzn və şərəf dolu bir tarix xatırlanacaq

“20 Yanvar” metro stansiyasında hüzn və şərəf dolu bir tarix xatırlanacaq

Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış 1990-cı ilin 20 yanvar gecəsi faciənin qurbanları Bakı metropolitenində dərin hüzn və ehtiramla yad ediləcək.

Analoq.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, yanvarın 17-si saat 11:00-da “Bakı Metropoliteni” QSC və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə Qanlı Yanvar tarixinin 30 illiyinə həsr olunmuş sərgi başlanacaq.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecənin faciəli səhnələrini əks etdirən tarixi kadrlardan ibarət fotosərgi “20 Yanvar” stansiyasında nümayiş etdiriləcək.

Sərgidə həmin gecə və sonrakı matəm günlərindəki kadrları lentə almış müxtəlif fotoqrafların 50-yə yaxın foto əsəri nümayiş etdiriləcək.

Sərgidə həmin dövrdə “20 Yanvar” hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsini təmin edən xalqın xilaskarı ümummilli lider Heydər Əliyevin Şəhidlər xiyabanında çəkilmiş nadir fotoları nümayiş etdiriləcək.

Bundan başqa, o günlərin milli xatirə rəmzinə çevrilmiş və metropolitençilər üçün xüsusi əhəmiyyət kəsb edən bir foto da nümayiş olunacaq. Həmin fotoda o gecənin günahsız qurbanlarından biri olan metro inşaatçısı Əflatun Kazımovun tabutu əlində atasının fotoşəkili ilə addımlayan bir uşaq əks olunub. İllər sonra o uşaq əmək bioqrafiyasını Bakı metropoliteninə bağlayıb və bu gün də "Nərimanov" elektrik deposunda çalışır.

Xatırladaq ki, sərgi 4 gün davam edəcək.(report)


Analoq.azскачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu