ƏSAS SƏHİFƏ İqtisadiyyat Azərbaycan məhsulları Almaniyadakı sərgidə nümayiş etdirilir

Azərbaycan məhsulları Almaniyadakı sərgidə nümayiş etdirilir

Yanvarın 17-də Almaniyanın paytaxtı Berlin şəhərində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi “Beynəlxalq Yaşıl Həftə” (“International Green Week”) sərgisi öz işinə başlayıb.

Analoq.Az xəbər verir ki, bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildirilib.

Qeyd edilib ki, yanvarın 26-dək davam edəcək sərgidə AZPROMO-nun təşkilatçılığı ilə qida, şərab və digər spirtli içki istehsalı, eləcə də kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 11 Azərbaycan şirkəti 180-dək çeşiddə məhsulunu “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirir.

Qeyd edək ki, 70-dən çox ölkədən 1500-dən çox şirkətin iştirak etdiyi və Avropanın ən iri sərgisi hesab olunan “Beynəlxalq Yaşıl Həftə" sərgisində Azərbaycan 12-ci dəfə təmsil olunur. Report

Analoq.Az
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu