Dünyanın ən zəngin azərbaycanlısı 5 günə 400 milyon dollar İTİRDİ




Azərbaycan əsilli rusiyalı iş adamı, “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov son 5 gün ərzində 400 milyon dollar itirib.

Əgər yanvarın 21-də iş adamının sərvəti 24,2 milyard dollar idisə, yanvarın 26-da bu rəqəm 23,8 milyard dollar təşkil edir. İş adamının sərvəti xüsusən yanvarın 22-də 300 milyon dollar itirib. Bu azalma dünya bazarında neftin ucuzlaşması fonunda baş verir.

Xatirladaq ki, 70 yaşlı iş adamı Rusiyanın 3-cü ən zəngin şəxsidir. Onun prezidenti olduğu “Lukoyl” şirkəti dünya neftinin 2%-ni hasil edir.
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi