ƏSAS SƏHİFƏ İqtisadiyyat Müştəriləri aldatmaq istəyənlərə zərbə - Yalançı endirimlər dövrü bitir?

Müştəriləri aldatmaq istəyənlərə zərbə - Yalançı endirimlər dövrü bitir?

Türkiyədə markaların ilboyu endirim etməsinə qadağa qoyan qərar qəbul olunub.
Qərara görə, brendlər artıq ildə cəmi üç dəfə yüksək faizli (70 faiz və daha çox) endirim edə biləcək. Bundan əlavə olaraq, malların üzərinə vurulan etiketə endirimdən əvvəlki qiymət və endirim faizi yazılmayacaq. Etiket yalnız məhsulun endirimli qiymətini əks etdirəcək.

Bildirilir ki, bu qərarın qəbul olunmasında əsas məqsəd yalançı endirimlərin qarşısını almaq və insanların endirimlərə olan inamını bərpa etməkdir.

Azərbaycanda da yalançı endirim bumu yaşanır. Bəzi mağazalar endirim vaxtı məhsulun üzərinə müxtəlif endirim faizli etiket yapışdırmaqla onu öncəki qiymətindən də baha qiymətə satır. Bu səbəblə mağazaların vitrinlərini tez-tez yüksək faizli endirim etiketləri bəzəsə də, əhalinin əksər hissəsi bunun yalan olduğunu düşünür və ya endirim faizinin daha da artmasını gözləyir.

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, yalançı endirimlərlə bağlı əhali maarifləndirilməlidir:

“İlk onu qeyd edim ki, bu məsələyə qarşı mübarizə aparmaq üçün həm vətəndaş cəmiyyəti institutları, həm də hökumət müəyyən qərarlar qəbul etməlidir. Azərbaycanda demək olar ki, bu sahədə anarxiyadır. Yalançı reklam barəsində qanunda təmbeh tədbirləri nəzərdə tutulmalıdır. Ümumiyyətlə, bu hal qanunla qadağan olunmalıdır. Qanunu pozan şirkətlər barəsində vətəndaşlar müəyyən aidiyyatı orqanlara müraciət etməlidirlər. Bu praktika 2000-ci illərin əvvəllərində Avropada istifadə olunub. Bununla bağlı orada ciddi mübarizə tədbirləri yerinə yetirilirdi. Hazırda Avropada artıq belə problemlərə rast gəlinmir. Bu təcrübədən ölkəmiz də istifadə etməlidir. Hüquqi baza yaradılmalıdır. Daha sonra sosial reklamlar, çarxlar yaradılmalıdır və vətəndaşlar bu resurslardan səmərəli şəkildə istifadə etməlidir. Bunun nəticəsi olaraq, yalançı reklam və ya yalançı endirimlərin aradan qaldırılması məsələsinə öz töhvələrini verə bilərlər. Hesab edirəm ki, bu məsələ cəmiyyətin dürüstlük komponentlərinin bir hissəsidir. Cəmiyyətin düzgün qurulmasını istəyiriksə, ilk növbədə bu tip məsələləri həll etməliyik”.
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu