ƏSAS SƏHİFƏ İqtisadiyyat Aİ-92 markalı benzin də ucuzlaşacaqmı?

Aİ-92 markalı benzin də ucuzlaşacaqmı?

Azərbaycan hökuməti sabahdan iki marka üzrə benzinin qiymətini ucuzlaşdırmaq barədə qərar verib.Azpost.info bildirir ki, ölkə ərazisində Aİ-95 markalı benzinin qiyməti ucuzlaşaraq 1,20 manat olacaq. Aİ-98 markalı benzinin qiyməti isə 1,40 manat təşkil edəcək.

Qeyd edək ki, hazırda Aİ-95 markalı benzinin qiyməti 1,50 manat, Aİ-98 markalı benzinin qiyməti isə 1,60 manatdır.

Lakin qərarda Aİ-92 marka benzinin adı yoxdur. Ölkədə “kasıbların benzini” hesab olunan Aİ-92 –dən kütləvi şəkildə istifadə olunur. Məlumat yayıldıqdan sonra sosial şəbəkələrdə Aİ-92-nin ucuzlaşma sırasında yer almamasından narazılıq edənlər, bu barədə qərara ümid edənlər öz mövqeylərini ifadə ediblər.

Aİ-92 benzinin qiyməti ilə bağlı müzakirələrə yəqin ki, sabah rəsmi qurumlar aydınlıq gətirəcəklər.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu