ƏSAS SƏHİFƏ İqtisadiyyat Fatih Terim qərarını verdi

Fatih Terim qərarını verdi

Fatih Terim qərarını verdi
Türkiyə millisinin baş məşqçisi Fatih Terim "AVRO-2016"ya aparacağı heyətdə sürprizə imza atmağa hazırlaşır. ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər verib.Xəbərdə bildirilir ki, Avropa çempionatında Mehmet Topalı mərkəz müdafiəçisi mövqeyinə çəkməyi planlaşdıran "İmperator" sərəncamında Ozan Tufan və Selcuk İnandan başqa hücumameylli yarımmüdafiəçi olmadığından Əmrə Belezoğlunu da Fransaya aparmağı planlaşdırır.Terimin İsveçlə matçdan sonra verdiyi "Yarımüdafiəçilərimizin sayının bir az daha artıq olması vacibdi. Bizdə kənar oyunçular daha çoxdur, mən onlardan yarımmüdafiəçi kimi istifadə etməyə çalışıram. Uyğunlaşmaqda bir az çətinlik çəkirik" açıqlaması da bu qərara səbəb göstərilir.Hazırda "Başakşəhər"də çıxıq edən Əmrə Belezoğlu karyerası ərzində "Qalatasaray", "Fənərbaxça", "İnter", "Nyukasl" və "Atletiko"nun formasını geyinib. 2000-2014-cü illərdə Türkiyə millisinin formasını geyinən 35 yaşlı futbolçu 94 oyunda 10 qol vurub.anspress.comскачать dle 10.6фильмы бесплатно



RƏYLƏR

Bakı Hava Proqnozu