Polkovnik vəzifəsindən azad edildi



Müdafiə Nazirliyinin Silah və Texnika İdarəsinin rəisi, polkovnik Yaqub Əhədov xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən kənarlaşdırılıb. Bu barədə ANS PRESS-ə Müdafiə Nazirliyi yerli KİV-də yayılan məlumatı şərh edərkən bildirib.

“AzPolitika”nın məlumatına görə, polkovnik Yaqub Əhədov Rusiya Baş nazirinin müavini Dmitri Roqozinin martın 3-də Bakıya reallaşan qəfil səfərindən dərhal sonra vəzifəsindən uzaqlaşdırılıb və barəsində cinayət işi açılıb. Bu fakt ehtimal etməyə əsas verir ki, yüksək çinli MN rəsmisinin “vurulmasının” Roqozinin Bakıya səfəri, dolayısilə Rusiyayla silah alış-verişi ilə bağlılığı var. Mənbə polkovnik Yaqubovun 3.3 milyon dollarlıq hansısa gizli sövdələşməyə görə işdən çıxarıldığını deyib, ancaq təfərrüatları açıqlamayıb. Gözlənilir ki, onu tezliklə həbs edəcəklər.

Roqozin martın əvvəllərində Bakıya qəfil səfər edib. “Kommersant” iddia edib ki, Roqozinin və onu müşaiyət edən “Rosoboroneksport”un nümayəndələrinin qəfil səfərində məqsəd Azərbaycanın Rusiyadan sifariş verdiyi silahlara görə ödənişləri gecikdirməsidir. Belə ki, sifariş verilən texnika yola salınıb, ancaq pulu ödənilmədiyindən sifarişçiyə təhvil verilmir.

Lakin daha sonra Roqozin bəyan etdi ki, Azərbaycan hərbi-texniki sahədə etbarlı tərəfdaşdır. Həmçinin xarici işlər naziri Elmar Məmmədyarov “Kommersant”a müsahibəsində Azərbaycanın sifariş verdiyi texnikaya görə ödənişləri gecikdirdiyini təkzib edib, bu məsələdə heç bir problem olmadığını deyib. Nazir bildirib ki, problem bəzi silahların parametrlərinin “müqavilədə göstərilənlərə uyğun olmamasında” idi və bu problem Polkovnik vəzifəsindən azad edilditezliklə aradan qaldırılacaq.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi