Rusiya məğlub olacaq



Rusiya məğlub olacaq
“Dağlıq Qarabağ müzakirəsinin həlli üçün Rusiya və İranın da içində yer alacağı yeni nizamlama heyəti yaradılmalıdır”.Hafta.az xəbər verir ki, bunu türkiyəli politoloq Əli Faiq Dəmir "Aljazerra" telekanalına müsahibəsində deyib. Türkiyəli politoloq vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi həll edildiyi təqdirdə, Azərbaycan və Ermənistan Qərbə yaxınlaşacaq, bununla da Rusiya Qafqazı itirəcək:“Ona görə də, Moskva hazırkı status-kvonun indiyə qədər dəyişməz qalmasında maraqlıdır və bundan sonra da mövcud vəziyyətin dəyişdirilməməsinə çalışacaq. Digər tərəfdən də, münaqişə tezliklə həll edilməsə, Rusiya dünyadakı prestijini itirər və Qafqazdakı layihələri təhlükə altında qala bilər. Düşünürəm ki, hazırda mövcud olan vasitəçilərin tərkibi dəyişdirilməli, ya da oraya Türkiyə, İran, Çin və İngiltərə kimi güclər də daxil edilməlidir. O zaman münaqişənin həlli prosesi daha da dinamikləşəcək. Əgər hərb məsələsinə qalsa, Azərbaycan tez bir zamanda qələbə çalacaq. Amma Minsk Qrupunda yer alan güclər buna imkan vermir. Rusiya kənara dursa, hətta Ermənistan dövlət kimi xəritədən silinə bilər”. скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi