Yeni baş nazir təyin olundu



Yeni baş nazir təyin olundu
Qırğızıstan parlamenti aprelin 13-də Sooronbay Jeenbekovu baş nazir postuna təsdiqləyib. Analoq.azNovator.az-a istinadən məlumatına görə, onun namizədliyini deputatların əksəriyyəti dəstəkləyib.Prezident Administrasiyası rəhbərinin müavini postunu tutan Sooronbay Jeenbekovun baş nazir postuna namizədliyini hakim Sosial Demokrat Partiyası irəli sürüb.Qırğızıstanın əvvəlki baş naziri Temir Sariyev aprelin 11-də istefa verib. O, Bişkek-Korumdu avtomobil yolu ilə bağlı tenderdə Çin şirkətinin maraqlarını lobbiləşdirmək ittihamlarının qurbanı olub.Aprelin 13-də parlamentin sədri Asılbek Jeenbekov da istefa verib. O, yeni baş nazir Sooronbay Jeenbekovun qardaşıdır. Asılbekin istefasına da elə bu səbəb olub. Ölkə rəhbərliyində iki qardaş təmsil olunmasın deyə onlardan biri vəzifəsini tərk edib.Sooronbay Jeenbekov 1958-ci ildə Qırğızıstanın Oş vilayətində anadan olub. Qırğızıstanda Kənd Təsərrüfat İnstitutunu bitirib. Gənc yaşlarında müəllim, zootexnik və sovxoz direktoru işləyib. 1996-cı ildən parlamentin tərkibinə daxil olub və üç dəfə deputat seçilib.Kənd və su təsərrüfatı naziri, Oş vilayətinin qubernatoru, Dövlət Kadr Xidmətinin rəhbəri postlarını tutub. 2016-cı ilin martından Prezident Administrasiyası rəhbərinin birinci müavini idi.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi