Aşıq Hüseyn Saraclı -100



Aşıq Hüseyn Saraclı -100

Məlum olduğu kimi, bu il böyük ustad, əvəzsiz sənətkar, Gürcüstan ölkəsinin yeganə “ Əməkdar Mədəniyyət İşçisi” adını almış aşıq- Hüseyn Saraclının anadan olmasının 100- illiyi bu il tamam olur. Bununla əlaqədar doğma Gürcüstanda onun böyük yubileyinə ciddi hazırlıqlar görülür.

Məhz bu hazırlıqlardan biri də aprelin 16- da baş tutdu. Gürcüstan Aşıqlar Birliyinin 1987- ci ildən ( ustadın dünyadan köçdüyü ildən ) başlatdığı və bu günə qədər yaşatdığı ənənəvi anım günlərindən 29-cusu baş tutdu.

Həmin gün ustadın doğulduğu və yaşadığı Saraclı eli bayram havasındadydı. Ustadın heykəli önündə toplaşan izdiham onun aşıqlıq aləmindəki qiymətindən danışırdılar. Saat 12- də Gürcüstan Aşıqlar Birliyinin sədri, şair Osman Əhmədoğlu toplaşan yüzlərlə saz- söz vurğununu və Hüseyn Saraclı pərəştişkarlarını salamladı və anım gününü açıq elan etdi və tədbir başladı. Bu möhtəşəm tədbirdə gücrü və azərbaycan xalqlarının dostluğu və qardaşlığı da öz haqqını qazanmaqdaydı.

Tədbirdə Bolnisi rayon rəhbərliyinin iştirakı çox məmnuniyyətvericiydi. Rayonun icra başçısı ( prefekti ) Qoqita Meşveliani öz çıxışında aşıq Hüseyn Saraclıın bu sənətdə qazandığı uğurlardan və sənətkarlığından danışdı. May ayının 25- də keçiriləcək böyük yubileyə hazır olduqlarını bildirdi. Həmin gün Bolnisidə baş tutacaq saz bayramını gözlədikləini və ustadın evinin də muzey halına gətiriləcəyi vurğulandı.

Onu da qeyd eləmək yerinə düşər ki, Gürcüstanda fəaliyyət göstərən qardaş Türkiyənin TİKA- təşkilatı ustadın abidəsi ətrafında da bərpa işləri aparmağı öhdəsinə götürüb. Bu işdə Gürcüstan Aşıqlar Birliyinin istəyi ilə həyata keçirilir.

Anım günündə professor Mahmud Kamaloğlu aşıq Hüseynin həyatından və aşıq sənətindəki dəyərindən danışdı. O, eyni zamanda ustadın 100- illiyinə hədiyyə olan və yenicə işıq üzü görən iki kitabdan danışdı, “ Saz amantı” , “ Hüseyn Saraclı” kitabları haqda görüş iştirakçılarına geniş məlumat verdi. Dağlar qızı olan çox dəyərli şairəmiz Səadət Buta ustad aşıqla olan çox gözəl münasibətlərdən danışdı. Ona həsr elədiyi şeirini söylədi. Saraclının ağsaqqal müəllimi , dəyərli ziyalı Osman Osmanov, şair çoban Rəşid, usdadın şagirdlərindən Murad Kövrək, Sabir Saraclı, Bakıdan gələn ziyarətçilərdən Güləmail Murad ( o, eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdaşı- nümayəndəsidir ), şair Səadət Novruzqızı, şair,publisist Güllü Eldar , Saraclı icra nümayəndəsi Rəsmiyyə Hüseynova öz duyğulu çıxışlarıyla yaddaşlara yazıldı.

Tərcüməçi – araşdırmaçı, şair- jurnalist Mirzə Məmmədoğlu Məhərrəm Qasımlının Hüseyn Saraclıya həsr elədiyi şeiri gürcü dilində oxudu. Həmin şeirin tərcüməsi Avto Çxaidzeyə məxsusdu. Aşıq Qərib, aşıq Əli Saraclı və gənc aşıq Əfqan Kamandar oğlu öz xoş avazlarıyla məclisin ruhunu oyatdılar.

Bolnisi rayon üzrə yerli deputat Rəsul Bəxtiyarov və deputat Leyla xanım Əliyeva, keçmiş parlament üzvləri Ramiz Bəkirov və Hidayət Hüseynli anım günündə çıxış və iştirak etdilər.Tədbirin sonunda ustadın oğlu -İsfəndiyar Hüseyn oğlu ailəsi adından tədbir təşkilatçıarına və tədbir iştirarakçılarına minnətdarlığını bildirdi.Tədbir boyu ustad aşıq Hüseyn Saraclının lent yazıları səsləndirildi və ustadın 100 – illik yubileyinə töhvə olaraq, Gürcüstan Aşıqlar Birliyinin tərtib elədiyi “ Saz amanatı “ kitablı Bolnisi rayon icra başçısı (prefekti ) Qoqita Meşvelianiyə və ustadın ailəsinə təqdim olundu.Beləcə böyük saz ustadımıza həsr olunan müqəddəs bir günün də xoş ovqatını yaşadıq.100- illik yubileyin böyük təntənəsində görüşmək üzrə məclisə yekun vuruldu.

Güllü Eldar Tomarlı
analoq.az

Aşıq Hüseyn Saraclı -100
Aşıq Hüseyn Saraclı -100
Aşıq Hüseyn Saraclı -100
Aşıq Hüseyn Saraclı -100
Aşıq Hüseyn Saraclı -100
Aşıq Hüseyn Saraclı -100
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi