Ermənilər Qarabağı qaytarmaq istəyir



Siyasi analitik Stepan Safaryan Ermənistanın ikinci prezidenti Robert Köçəryanın evinə hücumla bağlı məlumatlara müraciət edib. Erməni mətbuatının xəbərinə görə, o deyib ki, populyar erməni saytları tezliklə təsirli süjetli böyük həcmdə analitik materiallar yayacaqlar.Onun fikrincə, həmin materiallarda qeyd ediləcək ki, Köçəryanın mənzilinə qumbaranın atılmasının səbəbi onun Qarabağ məsələsində vətənpərvərlik, kompromissiz mövqe nümayiş etdirməsidir. Ancaq Serj Sarkisyan və Levon Ter-Petrosyan Qarabağı vermək üçün birləşiblər. (modern.az)Safaryanın sözlərinə görə, həmin materiallarda eyni zamanda qeyd ediləcək ki, aprel müharibəsi zamanı xalq hakimiyyətə qarşı həmrəylik nümayiş etdirib və Qarabağı geri qaytarmayacaq yeganə şəxs Köçəryandır və o, bu mübarizəyə rəhbərlik edə bilər, onu isə qorxutmağa çalışırlar: “O, ancaq qorxanlardan deyil. Təsadüfi deyil ki, qumbara Köçəryanın Moskvada yüksək səviyyədə keçirdiyi görüşlər zamanı atılıb. Biz onun ərtafında birləşməliyik. O, milli-demokratik inqilab reallaşdıracaq, oliqarx iqtisadiyyatına və kriminallaşmaya son qoyacaq. Biz isə onun yanında olmalıyıq”, - Safaryan qeyd edir ki, həmin materiallarda belə iddialar da səslənəcək.O, özünün Facebook shifəsində bunları da yazıb: “Mənim dediklərimi yaddan çıxarmayın, zarafat etmirəm”.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi