Yaqub Mahmudov:"Vikipediyada Azərbaycanın tarixi şəxsiyyətləri təhqir olunur"



“Qonşu ölkələrin paytaxtlarında ildə bir-iki dəfə konfrans keçirib deyirlər ki, guya Azərbaycanın dövlətçilik tarixi olmayıb. Cənubdakı azərbaycanlılar sonradan türkləşmiş kimi təqdim edilir”.

APA-nın xəbərinə görə, bunu AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudov AMEA Rəyasət Heyətinin iclasında “AMEA-da islahatlar və müasir mərhələdə Azərbaycan tarixinin aktual problemləri” mövzusunda çıxışı zamanı deyib. O bildirib ki, orta məktəblərin tarix dərslikləri dəyişilməlidir: “Eyni zamanda, ilk mənbələr öyrənilməlidir. Xaricdə Azərbaycana məxsus xeyli sayda materialları nəşr etməliyik”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan tarixinin yenidən akademik nəşrinə hazırlıq aparılır.

Y. Mahmudov əlavə edib ki, Dərbəndin, Borçalının tarixi yenidən öyrənilməlidir: “Azərbaycan tarix elmində yasaq olunmuş problemlər var. Bu gün doktorluq dissertasiyalarında Azərbaycan ərazisi deyərkən Sovet İttifaqının tərkibindəki Azərbaycan ərazisi nəzərdə tutulur. Başqa ölkələrə qarşı ərazi iddialarımız yoxdur, amma bizim tarixi torpaqlarımız var. Məhz buna görə tarix dərslikləri, akademik nəşrlər şikəst vəziyyətdədir. Biz necə ki, bu gün Füzulidən əl çəkmirik, tarixi torpaqlarımızı da unutmamalıyıq. Bir məsələni də qeyd edim ki, Vikipediyada Azərbaycanın tarixi şəxsiyyətləri təhqir olunur”.

AMEA-nın müxbir üzvü qeyd edib ki, XIX-XX əsr Azərbaycan tarixi, II Dünya Müharibəsi tarixi yenidən işlənib yazılmalıdır.

AMEA Rəyasət Heyətində Y. Mahmudova “AMEA-da islahatlar və müasir mərhələdə Azərbaycan tarixinin aktual problemləri” mövzusunda məruzəsinə konkret təkliflərin verilməsi tövsiyə olunub.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi