Azərbaycan-İspaniya biznes forumu keçirildi



Bakıda Azərbaycan-İspaniya biznes forumu keçirilib. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində təşkil edilən biznes forumda rəsmi şəxslərlə yanaşı, Azərbaycan və İspaniya tərəfdən müxtəlif sahələrdə fəaliyyət göstərən 130-a yaxın iş adamı iştirak edirdi.Biznes forumda İqtisadiyyat naziri Şahin Mustafayev bildirdi ki, Azərbaycan və İspaniya arasında müxtəlif sahələrdə əlaqələr uğurla davam edir. İki il əvvəl İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia Marqalyonun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində keçirilən biznes forumun əhəmiyyətini xatırladan Şahin Mustafayev İspaniya nümayəndə heyətinin Azərbaycana növbəti səfərinin iki ölkə arasında əməkdaşlığın inkişafına öz töhfəsini verəcəyinə əminliyini bildirdi. Nazir dedi ki, ölkəmizdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi sahəsində həyata keçirilən islahatlar qeyri-neft sektorunun bir sıra sahələrində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar yaradır.İspaniya nümayəndə heyətinin rəhbəri, bu ölkənin xarici işlər naziri Xose Manuel Qarsia Marqalyo Azərbaycandakı sosial-iqtisadi inkişafın nümayəndə heyətində böyük təəssürat yaratdığını, İspaniyanın ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirdi.

Xose Manuel Qarsia Marqalyo - İspaniyanın Xarici İşlər naziri:

- Mən bir neçə dəfə Azərbaycanda səfərdə olmuşam. Hər gəlişimdə böyük dəyişiklikləri görürəm. Bu müsbət dəyişiklikləri həm iqtisadi, həm də sosial sahələrdə müşahidə edirəm. Ona görə də ispaniyalı iş adamları əməkdaşlıqda çox maraqlıdırlar. Eyni zamanda azərbaycanlı iş adamlarını biz öz ölkəmizdə görməkdən məmnun olarıq.Forum çərçivəsində müxtəlif təqdimatlar oldu. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Rüfət Məmmədov, İspaniya Ticarət Palatasının direktoru Alfredo Bonetin, İspaniya İşəgötürənlər və Sənaye Palatasının vitse-prezidenti Xose Viçente Qonzalez Perez biznes mühiti və investisiya imkanlarına dair təqdimatlarla çıxış etdilər. Forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirildi.aztv.azскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi