Saziş imzalandı



Ölkəmizdə səfərdə olan Türkiyənin səhiyyə naziri Məhmət Müəzzinoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Səhiyyə Nazirliyində görüş olub. Görüşdə Azərbaycanla Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlığa dair Saziş imzalanıb.Görüşdə səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan və Türkiyə arasındakı münasibətlərin dərin köklərə bağlı olduğunu bildirdi. Qeyd etdi ki, ölkələrimiz arasında siyasi, iqtisadi, səhiyyə, elm, təhsil və mədəni sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir, yüksək səviyyəli qarşılıqılı səfərlər həyata keçirilir. Bildirildi ki, bu gün tərəflər arasında imzalanacaq Saziş gələcəkdə daha fəal əməkdaşlığa imkan verəcək.Səmimi qarşılanmaya görə minnətdarlığını ifadə edən Türkiyənin səhiyyə naziri Məhmət Müəzzinoğlu bu görüşün Bakıda yüksək səviyyədə təşkil olunmuş BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna təsadüf etməsindən məmnunluğunu bildirdi. Vurğuladı ki, belə qarşılıqlı görüşlər ölkələrimiz arasındakı dostluq və qardaşlığın sarsılmaz tellərlə bağlılığına dəlalət edir. Görüşün sonunda Azərbaycan və Türkiyə Respublikaları arasında səhiyyə sahəsində əməkdaşlığa dair Saziş imzalandı.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi