Malta Azərbaycan üçün çox narahatdır



Azərbaycan-Malta əlaqələri gündən-günə inkişaf edir. Hər iki ölkə qarşılıqlı əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır.Bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin 29-da maltalı həmkarı Corc Vella ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.E.Məmmədyarov bildirib ki, C.Vella ilə görüşdə Maltanın gələn il Avropa İttifaqına sədrliyi məsələsi müzakirə olunub. Həmçinin beynəlxalq və regional vəziyyət, Avropada miqrant problemi ilə bağlı fikir mübadiləsi aparılıb. O, maltalı həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və təmas xəttindəki son vəziyyət barədə ətraflı məlumat verdiyini diqqətə çatdırıb.E.Məmmədyarov qeyd edib ki, Azərbaycan ilə Malta arasında bu gün üç sənəd imzalanıb.Nazir Corc Vella Maltanın Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulayıb. O, Maltanın regionda baş verən hadisələri diqqətdə saxladığını qeyd edib. Bildirib ki, Malta uzunmüddətli sülhün bərqərar edilməsi üçün göstərilən bütün səyləri dəstəkləyir. Nazir ATƏT-in və Avropa İttifaqının digər üzv dövlətləri kimi, Maltanın da Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələrə görə narahat olduğunu bildirib.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi